Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

4 oktyabr 2021

14:34:17
1185835

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

Omanlı zəvvar: Əsl İslam İmam Hüseynin (ə) məktəbindədir. Ərbəin yürüşünün şöhrətini artırmalıyıq- Eksklüziv müsahibə

Ərbəin mesajı əsl İslamın İmam Hüseynin (ə) Məktəbində olduğunu dünyaya çatdırmaqdır. Dünyada baş verənlərə görə, bəziləri müsəlmanların terrorçu olduğunu düşünürlər, amma Ərbəində Əba Abdullah Hüseynin (ə) dünyaya doğru və həqiqi İslamı tanıtdığını söyləyirik.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ərbəin ziyarətinə qatılan Omanlı zəvvar "Tariq əl-Lati" ABNA-nın müxbirinə verdiyi eksklüziv müsahibəsində deyib: İmam Hüseyn (ə) bütün insanlığı canlandırdı və Ərbəin ziyarətində olmağımız əlimizdən gələn ən az işdir ki edə bilmişik. Bu yürüşə qatılmaqla Peyğəmbər (səlləllahu əleyhi və alih) və Pak Əhli Beyti ilə həmrəy olduğumuzu göstəririk.

Kərbəla qiyamının dərsləri gözəl əxlaqa malik olmaq, insanlarla dürüst olmaq və zülmə qarşı dayanaqlı olmaqdan ibarətdir.

Ərbəin mesajı əsl İslamın İmam Hüseynin (ə) Məktəbində olduğunu dünyaya çatdırmaqdır. Dünyada baş verənlərə görə, bəziləri müsəlmanların terrorçu olduğunu düşünürlər, amma Ərbəində Əba Abdullah Hüseynin (ə) dünyaya doğru və həqiqi İslamı tanıtdığını söyləyirik.

Bütün Ərbəin zəvvarları və bizi qəbul edən İraqlılar yorğuluqu hiss etmirik. Ərbəin unikal bir gündür və hamımız birlik və empatiya ilə bu mərasimin şöhrətini artırmalıyıq.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!