Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

4 oktyabr 2021

11:20:34
1185725

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

Ərbəin zəvvarları İmam Zamanın (ə) əmisi "Həzrət Seyyid Məhəmməd" in hərəmində - Foto Reportaj

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, "Seyyid Məhəmməd" və "Səba əl-Ducail (Dücail aslanı)" kimi tanınan Əbu Cəfər Məhəmməd ibn Əli əl-Hadi ən-Nəqi (ə) İmam Hadinin (ə) böyük övladı, İmam Həsən Əskəri (ə) və İmam Zamanın (ə) isə əmisidir. O, təxminən 228 -ci ilində Mədinə şəhəri yaxınlığındakı Saria kəndində anadan olub. Yüksək əxlaqa, böyük ədəbiyyata, misilsiz ləyaqətə və bol biliyə malik idi və bu mükəmməlliklər bir çox insanı valeh edirdi. Atası İmam Əliyyən Nəqi (əleyhi səlam) kafir Abbasi xəlifələri tərəfindən Samirraya sürgün edildikdən sonra, Seyyid Məhəmməd gənc yaşında atası ilə birgə İraqa, Samirra hərbi şəhərciyinə hicrət edir. Hicri 252 -ci ildə Allahın evini ziyarət etmək üçün Hicaza getməyi planlaşdırdı; Amma Balad kəndinə (Samarradan əlli kilometr aralıda) çatanda həmin il Cəmadi əl-Sani'nin sonunda Şəhid olur. Bəzi tarixçilər onun məlun Bəni Abbas tərəfindən zəhərləndiyini deyirlər. Həzrəti Seyid Məhəmmədin Balad şəhərindəki ziyarətgahı hazırda İraq şiələri və sünniləri arasında, xüsusən də köçərilər tərəfindən böyük hörmətə malikdir və ondan bir çox kəramətlər nəql olunmuşdur.

 

Şəkil: Əmir Hisaminejad

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!