Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

3 oktyabr 2021

15:54:43
1185495

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İİR Ərbəin 2021

Pakistanlı zəvvar: Ərbəin yürüşündən eşqi, birliyi və qardaşlığı öyrənirik

“...İmam Hüseyn (əleyhi səlam) qiyamı ilə qiyamətə qədər babsı həzrət Muhəmməd Peyğəmbərin (səlləlahu əleyhi və alih) dinini diriltdi və əgər Aşura qiyamı olmasaydı, İslam məhv olardı".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pakistanın Karaçi şəhərindən olan Ərbəin zəvvarı "Nasir Abbas”, Nəcəfdən Kərbəlaya gedən yolda ABNA müxbirinə verdiyi eksklüziv müsahibədə demişdir: "Bu səyahət, sevgi və şüur səyahətidir ki, başlanğıcı Ərbəin, sonu isə İmam Zaman (ə) zühurudur. Məni bura gətirən Hüseyn bin Əliyə olan sevgi idi.

İmam Hüseyn (əleyhi səlam) qiyamı ilə qiyamətə qədər babsı həzrət Muhəmməd Peyğəmbərin (səlləlahu əleyhi və alih) dinini diriltdi və əgər Aşura qiyamı olmasaydı, İslam məhv olardı".

O, Ərbəin dərsləri haqqında dedi: Bu səfər sevgi və şüur ​​səyahətidir və hər kəs bu səfərdə bərabərdir. Ərbəin yürüşündə bütün etnik və dinlərdən olan Hüseyn ibn Əlini (əleyhi səlam) sevənlər iştirak edir. İmam Hüseyn (əleyhi səlam) tək bir məzhəblə məhdudlaşmır, hamının ağası və imamıdır; Buna görə də Ərbəin yürüşündən eşqi, birliyi və qardaşlığı öyrənirik.

Məhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və alih) və nəvəsi İmam Hüseynə (əleyhi səlam) olan sevgi və məhəbbət bütün müsəlmanların borcudur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!