Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

3 oktyabr 2021

15:33:48
1185489

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq Ərbəin 2021

İraqlı xidmətçi Şəhid Süleymaninin İraqın təhlükəsizliyinin təmin edilməsindəki rolunu izah edir – Eksklüziv müsahibə

İran və İraq iki xalqı qardaşdır!

“...Şəhid Əbu Mehdi əl-Mühəndis, Şəhid Qasim Süleymaninin müşaviri idi və müsahibələrin birində belə buyurmuşdur: “Mən fəxr edirəm ki, Hac Qasım Süleymaninin əsgəriyəm!”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İmam Hüseynin (ə) Qonaqları çadırının xidmətçisi "Hani Səid Həmid" ABNA saytının İraqdakı xüsusi müxbirinə verdiyi eksklüziv müsahibəsində bildirib: “Mən Bəsrə sakiniyəm və 1987 -ci il təvəllüdlüəm və İmam Hüseynin (ə) Ərbəin mərasimi yürüşünə qatılanlara xidmət edirəm.

İmam Hüseynin (ə) inqilabi hərəkatı bizə fədakarlıq və səbr dərsi verir. İndiki dövrdə müsəlmanların ən vacib vəzifəsi birlikdir ki, sünnilər, şiələr, ərəblər və farslar arasında heç bir fərq olmasın. Hüseynçi olmaq sadəcə namaz qılmaq, oruc tutmaq və yas saxlamaqdan ibarət deyil, əsas Hüseyni əxlaqa sahib olmaqdır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) də əxlaqi dəyərləri tamamlamaq üçün Allah tərəfindən göndərilmişdir.

Şəhid Qasim Süleymani və Şəhid Əbu Mehdi əl-Mühəndis bütün zülmlərə qarşı bir yerdə dayandılar. Bu iki şəxsiyyətin bir biri ilə sıx əlaqələri var idi. Şəhid Əbu Mehdi əl-Mühəndis, Şəhid Qasim Süleymaninin müşaviri idi və müsahibələrin birində belə buyurmuşdur: “Mən fəxr edirəm ki, Hac Qasım Süleymaninin əsgəriyəm!”

Şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndis, İraqın təhlükəsizliyini təmin etmək üçün birlikdə böyük səylər göstərdilər.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!