Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

3 oktyabr 2021

12:01:18
1185422

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İİR Ərbəin 2021

Sübhani Sabit: “Ərbəin Yürüşü” cəmiyyətdə dəyərləri yaşadır – Ekskülziv müsahibə

Ərbəin yürüşünün məqsədi daha vacibdir; Çünki mahiyyət etibarilə Ərbəin yürüşü bir gücün təzahürüdür. Hüseyni mədəniyyətə, Aşura hərəkatına inanırıq və onu yaşatacağıq; Necə ki, həzrət Zeynəb (səlamullahi əleyha) məlun Yezidə dedi: “Heç vaxt Aşura hərəkatını məhv edə bilməzsən!”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qum Şəhər Şurasının Şəhər Xidmətləri və Zəvvarlar İşləri Komissiyasının rəhbəri “Seyyid Müctəba Sübhani Sabit” Ərbəin yürüşü zamanı ABNA saytının İraqdakı xüsusi müxbirinə verdiyi eksklüziv müsahibəsində belə deyib: "Ərbəin səfəri mənəvi və fəzilətli bir səfərdir və biz yeni hökumətin bu platformanı təmin etməsinə görə ona minnətdarıq. Çünkü ölkəmizin bəzi insanları bu ilki yürüşə qatıla bildi...

Ərbəin yürüşünün məqsədi daha vacibdir; Çünki mahiyyət etibarilə Ərbəin yürüşü bir gücün təzahürüdür. Hüseyni mədəniyyətə, Aşura hərəkatına inanırıq və onu yaşatacağıq; Necə ki, həzrət Zeynəb (səlamullahi əleyha) məlun Yezidə dedi: “Heç vaxt Aşura hərəkatını məhv edə bilməzsən!”.

Böyük bir kütlənin Əba Abdullahın (ə) hərəminə doğru hərəkət etməsi, hamısının Hüseyni və Aşura hərəkatlarını qoruduğunu və ehtiram etdiyini göstərir. İmam Zaman (ə) gələnə qədər bu hərəkəti hər zaman davam etdirəcəyik...

Sonda qonaqpərvər İraq xalqına və Nəcəf-Kərbəla marşrutu üzrə yaşayan sakinlərə, həmçinin müxtəlif şəhərlərdəki bütün zəvvarlara ürəkdən xidmət edənlərə təşəkkür edirəm. Öz növbəmdə, İraq xalqına və hökumətinə və bu yürüşü mümkün qədər şanlı etməyə çalışanlara təşəkkür edirəm.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!