Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 sentyabr 2021

11:15:13
1184248

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq Ərbəin 2021

Pakistandandan gələn xas ziyarətçi – Esklüziv müsahibə

Həqiqətən də ona yaxşı bir ad qoyulub: “Zair Hüseyn”. Yəni Hüseyni ziyarət edən şəxs!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, xüsusi görünüşə malik bu adamın adı "Zair Hüseyn"dir və Pakistanlıdır. İndiyə qədər 5 dəfə Kərbəlaya və 4 dəfə müqəddəs Məşhəd şəhərinə piyada gedib.

Həzrəti Əbülfəzl Abbasa (əleyhi səlam) xas məhəbbəti olan bu zəvvar, ayaqyalın Kərbəlaya qədər bütün yolu; Bəzən - Pakistanlıların ifadəsi ilə - "Nəre Heydəri!" ilə, bəzən də Urdu dilində mərsiyələr oxumaqla gedib.

Həqiqətən də ona yaxşı bir ad qoyulub: “Zair Hüseyn”. Yəni Hüseyni ziyarət edən şəxs!

ABNA saytının İraqdakı xüsusi müxbirinə qısa mesaj verən "Zair Hüseyn" bunları deyib: “Hüseyn ibn Əlinin (əleyhiməs səlam) cazibəsi dinindən, məzhəbindən, məsləkindən və təriqətindən aslı olmayaraq hər kəsi özünə cəlb edir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!