Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 sentyabr 2021

10:57:11
1184245

Dünyada İmam Hüseyn Əzadarlığı – İraq Ərbəin 2021

Əfqanıstanlı zəvvar: Ərbəin, Həzrət Höccətin (ə) gəlişinə hazırlaşmaqdır

“Ərbəin, Həzrət Höccətin (ə) zühur etməsinə hazırlıqdır və Allah qoysa, bu ayini əzəmətlə, eşq, ehtiras və xidmət göstərmək məqsədi ilə həyata keçirməklə İmam Zamanın zühuruna bir addım yaxınlaşırıq.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Hicri Qəməri tarixi ilə 1443 -cü (2021 -ci il) ilin Ərbəin mərasiminə qatılan Əfqanıstanlı zəvvar "Murtəza Cənnəti", ABNA saytının İraqdakı xüsusi müxbirinə eksklüziv müsahibə verərək deyib: "Ərbəin ziyarətinin mənəvi ölçüsü çox cazibədardır və bu mərasimdə iştirak etmək qərarına gələn hər kəs canla-başla bunu yerinə yetirir."

İmam Hüseynin (əleyhi səlam) qiyamından öyrənilə biləcək dərslə bağlı suala cavab olaraq Əfqanıstan vətəndaşı deyib: “İlk və bütün insanlıq üçün ümumi dərs, İmam Hüseynin (ə) azadlıq dərsidir. Heç bir şəkildə zülmə boyun əyməmək, əzilməmək və zillət həyatından üz döndərək izzətli ölümlə şərəflənmək dərsi.”

20 yaşında olan və Nəcəf Elmi Hövzəsində oxuyan Cənnəti Ərbəin mesajı haqqında bunları söylədi: “Ərbəin, Həzrət Höccətin (ə) zühur etməsinə hazırlıqdır və Allah qoysa, bu ayini əzəmətlə, eşq, ehtiras və xidmət göstərmək məqsədi ilə həyata keçirməklə İmam Zamanın zühuruna bir addım yaxınlaşırıq.”

Sonda Əfqanıstan vətəndaşı əfqan zəvvarların vəziyyəti haqqında bunları söylədi: "Əfqanıstanlı zəvvarlar hər zaman zülm və sitəm içindədirlər, indi sərhədlər bağlıdır. İran hökumətindən lazımi köməyi göstərməsini xahiş edirik.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!