Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

28 sentyabr 2021

14:06:25
1183967

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq Ərbəin 2021

Nigeriya İslam Hərəkatının üzvü: Nigeriyadakı şiələr, dövrün tağut rejiminin zülmü ilə üzləşiblər - Eksklüziv müsahibə

Şeyx Ənəs Şüeyb Adəm: “İmam Hüseyn (ə) bizə heç bir zülmkar hökuməti qəbul etməməyimizi öyrətdi, belə bir hökumət batildir və dinlə ziddiyyət təşkil edir. İmam Xomeyni, Ali Rəhbər və Şeyx Zəkzaki kimi şəxsiyyətlər bu yolu tutublar və biz də bu yolu tuturuq...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyalı Şeyx "Ənəs Şüeyb Adəm", ABNA saytınınİraqdakı müxbirinə verdiyi eksklüziv müsahibəsində Ərbəin mərasimindəki iştirakına toxunaraq deyib: "Əlhəmdulillah, bu il Ərbəin yürüşünün böyük və mənəvi yolunda iştirak etdim, bu yol, İmam Hüseynin (əleyhi səlam) cərgəsində qalmağımız üçün qəlbləri canlandırır. Bu yol, zalımlara qarşı qiyam etməyi vurğulayan xəttdir. Şeyx İbrahim Zəkzaki bu şəkildə bir addım atdı. Qələbə çalmaq məhz bu yolla mümkündür və bu yol, İslamı və Şiə məzhəbini təbliğ etməyin ən sürətli yoludur.

Nigeriya İslam Hərəkatının üzvü daha sonra deyib: "Mən Nigeriyada ticarət edirdim, amma bu işi tərk edərək dini elmləri öyrənmək üçün Kərbəlaya gəldim, indi 35 yaşım var".

O, əlavə edib: "Ərbəin piyada yürüşü, insanların İmam Hüseynlə (ə) beyətlərini təzələmək üçün bir fürsətdir. Bu yol bizə düşmənlərimizi və bu dövrün Yezidilərinin kim olduğunu bilməli olduğumuzu öyrədir. Ərbəin ziyarətində iştirak etmək dinimizdə sabit qalmağımızı zəmanət edir. Biz, Ərbəin yürüşündə, İmam Hüseynin (ə) hərəminə gedən yolda sülh və yəqinlik hissi qazanırıq.

İmam Hüseynin (əleyhi səlam) qiyamının dərslərinə toxunan Şeyx Ənəs Şüeyb Adəm deyib: "İmam Hüseynin (ə) qiyamından insanlar arasında ədalətin bərqərar olmasının zəruriliyini dərk edirəm, insanlar öz aralarında ədaləti bərqərar etməlidirlər. İmam Hüseyn (ə) bizə heç bir zülmkar hökuməti qəbul etməməyimizi öyrətdi, belə bir hökumət batildir və dinlə ziddiyyət təşkil edir. İmam Xomeyni, Ali Rəhbər və Şeyx Zəkzaki kimi şəxsiyyətlər bu yolu tutublar və biz də bu yolu tuturuq...”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!