Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

27 sentyabr 2021

19:09:37
1183615

Qərbi Asiya Xəbərləri - İraq

Ayətullah Hairi, İraqda sionistlərlə barış konfransı keçirənləri, Ərbil konfransının günahkarlarının cəzalandırılmasını tələb edib

Allah Qurani Kərimdə belə buyurmuşdur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni görərsən...” (Maidə, ayə 82)

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ayətullah Seyid Kazım Hüseyni Hairinin Nəcəf Əşrəfdəki ofisi, İraqla işğalçı Sionist rejimi arasındakı münasibətləri normallaşdırmaq üçün Ərbil konfransı ilə əlaqədar etiraz dolu açıqlama verib.

Rəsmi ofis, bəyanatda sionistlərlə güzəştə getmək məqsədilə keçirilən Ərbil zirvəsini qınayaraq, günahkarların cəzalandırılmasını tələb edib.

Ərəb dilində nəşr olunan bu bəyanatın azərbaycanca tərcüməsi belədir:

 

Mərhəmətli və Rəhmli Allahın Adı ilə

Allah Qurani Kərimdə belə buyurmuşdur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni görərsən...” (Maidə, ayə 82)

İmam Hüseynin (ə) şəhadətinin 40 –cı gününün (Ərbəinin) ildönümündəyik və milyonlarla azad insan onun müqəddəs yolunda hərəkət etməklə, onunla beyətlərini yeniləyərək, müqəddəs hərəminə doğru irəliləyir. Amma bu elə bir anda baş veir ki, Ərbildə bir qrup satqın toplaşaraq İsrail ilə əlaqələrin normallaşdırmaq istəyənlər, dinini və torpağını qorumaq üçün pak canları qurban verən İraq ölkəsini, dünyaya zalım işğalçıya tərəf saziş əlini uzadan kimi göstərməyə çalışırlar.

Qəsbkar, cinayətkar, qadınların, günahsız insanların və uşaqların qatili olan, zalım rejimi qanuniləşdirməyə yönəlmiş bu xəyanətkar hərəkəti şiddətlə qınayırıq. İraq xalqının bütün şərəfli övladlarını hər cür şəkildə bu alçaldıcı və məkirli plana qarşı çıxmağa və bu xətərli planın qarşısını almaq üçün günahkarları cəzalandırmağa çağırırıq.

“Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!” (Səcdə, ayə 22)

19. Səfər. 1443 -cü il
26. Sentyabr. 2021

Qeyd etmək yerinə düşər ki, son bir neçə gündə Ərbil şəhərində 300 -dən çox adamın iştirakı və köçəri tayfaların iştirakı ilə bir toplantı keçirildi və orada olanlar İraqın Sionist rejimi ilə münasibətlərinin normallaşdırılmasına çağırdılar. Bu hərəkət, müxtəlif siyasi səviyyələrdə və İraq cəmiyyətinin fərqli təbəqələrində mənfi reaksiyalara və geniş bir qınama dalğasına səbəb oldu.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!