Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

27 sentyabr 2021

16:13:55
1183599

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq, İngiltərə Ərbəin 2021

İngiltərəli zəvvar xanım: Ərbəin yürüşündə piyada getmək Cənnətə gedən yolda qədəm qoymaq kimidir / Eksklüziv müsahibə

Haqqın batil üzərində qələbəsini Ərbəinin vacib dərslərindən biri hesab edən xanım Müsəvi, İmam Zaman (Allah Onun şərəfli zühurunu tezləşdirsin) yolunu gözləməyi Şiələrin ən vacib vəzifələrindən biri olduğunu söyləyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngilis bir zəvvar xanım Əfrah Musəvi, Haqqın batil üzərində qələbəsini Ərbəinin vacib dərslərdən biri kimi təsvir edib.

ABNA saytının İraqdakı xüsusi jurnalistinə eksklüziv müsahibə verən xanım Əfrah Musəvi bildirib: “İraqda dünyaya gəlmişəm və Səddam dövründə Kərbəlada yaşayırdım. Artıq 20 ildir İngiltərədə yaşayıram. İlk dəfədir ki, İmam Hüseynin (əleyhi səlam) Ərbəin mərasiminə qatılıb piyada ziyarətə gedirəm.”

Xanım Əfrah Musəvi Ərbəin yürüşündəki hissləri haqqında bunları söylədi: "Hisslərimi ifadə edə bilmirəm, cənnət yolunda gəzmək kimidir, inşaAllah gələn il uşaqlarımı və ailəmi də ziyarətə gətirəcəyəm.”

Haqqın batil üzərində qələbəsini Ərbəinin vacib dərslərindən biri hesab edən xanım Müsəvi, İmam Zaman (Allah Onun şərəfli zühurunu tezləşdirsin) yolunu gözləməyi Şiələrin ən vacib vəzifələrindən biri olduğunu söyləyib.

İngiltrəli zəvvar deyib: “Zəvvarlar sevgi ilə İmam Hüseynin (ə) hərəminə gedirlər və bütün bu gözəlliyi təsvir etmək mümkün deyildir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!