Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

27 sentyabr 2021

14:03:26
1183569

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – Ərbəin 2021

Şəhid Dağir İnstitutunun rəhbəri: Şəhid Süleymani Ərbəin zəvvarlarının təhlükəsizliyinin təminində böyük rol oynayırdı

Şəhid Dağir İnstitutunun rəhbəri ABNA redaksiyasının müxbirinə verdiyi eksklüziv müsahibəsində sözünə belə əlavə edib: "Şəhid Dağir İnstitutunun sərgisinin birinci hissəsi İŞİD -ə qarşı müharibə şəhidlərinin şəkilləri və bu şəhidlərdən qalan yadigarlar ilə bağlıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şəhid Dağir İnstitutunun rəhbəri, bu institutun illik sərgisinə toxunaraq deyib: “Bu institut, Nəcəfdən Kərbəlaya gedən yolda 745 -ci sütunda Kərbəla əyalətində ilk illik sərgisini iki hissədə və səkkiz kabinədə keçirdi.”

ABNA redaksiyasının müxbirinə verdiyi eksklüziv müsahibəsində sözünə belə əlavə etdi: "Şəhid Dağir İnstitutunun sərgisinin birinci hissəsi İŞİD -ə qarşı müharibə şəhidlərinin şəkilləri və bu şəhidlərdən qalan yadigarlar ilə bağlıdır. Sıra ilə birinci kabindən dördüncü kabinə isə Quran Kərim, İmam Hüseynin (əleyhi səlam) əshabı, şəhid komandirlər və İmam Hüseynin (əleyhi səlam) qatillərinə aiddir.

Şəhid Dağir İnstitutunun rəhbəri deyib: “Bu institutun illik sərgisinin ikinci hissəsində Amerikanın İraq və bölgədəki cinayətlərinin 72 fotoşəkili ictimaiyyətə təqdim edildi. Bu sərgidəki digər köşklər Aşura hadisəsinin 3D - üç ölçülü nümayişi, şəhidlərə məktub və uşaq rəsmləri ilə bağlıdır.”

ABNA müxbirinin Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsində Şəhid Müqavimət komandirlərinin rolu ilə bağlı verdiyi suala cavab olaraq deyib: “Şəhid Hacı Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisinin İraqda, bölgədə və Ərbəin zəvvarlarının təhlükəsizliyin qurulmasında böyük rolu olmuşdur.”

Şəhid Dağir İnstitutunun rəhbəri sonda İslam İnqilabının Ali Rəhbərinin tövsiyyələrinə işarə edərək deyb: “Şəhidlərin xatirəsini yad etmək, Ali Təqlid Mərcələrinin və başlıca Vəliyyi Fəqihin tövsiyəsidir. Şəhidlərin xatirəsini qorumaq bizim borcumuzdur.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!