Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

25 sentyabr 2021

18:58:30
1183035

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – Ərbəin 2021

Türkiyə vətəndaşı: Ərbəin yürüşünə "Labeek ya Hüseyn" demək üçün gəlmişik - Ekslüziv müsahibə

ABNA müxbiri ilə söhbət edən "Cəfər Daşdəmir" əlavə edib: “İmam Hüseyn (əleyhi səlam) qəlbimizdədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) Əhli-beytin (əleyhimus səlam) qurtuluş gəmisi olduğunu və bu gəmidə olan hər kəsin səadətə çatacağını söyləmişdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ərbəin yürüşünə qatılan bir Türkiyə vətəndaşı İraqdakı müxbirimizə verdiyi eksklüziv müsahibəsində deyib: “İmam Hüseyn (əleyhi səlam) İslamın gözəlliyidir və bütün müsəlmanlar və dünya xalqları üçün bənzərsiz bir şəxsiyyətdir. İslam böyük bir dindir və İslam hər kəs üçün bir məktəbdir.”

ABNA müxbiri ilə söhbət edən "Cəfər Daşdəmir" əlavə edib: “İmam Hüseyn (əleyhi səlam) qəlbimizdədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) Əhli-beytin (əleyhimus səlam) qurtuluş gəmisi olduğunu və bu gəmidə olan hər kəsin səadətə çatacağını söyləmişdir.”

Daşdəmir Ərbəin yürüşünə qatılmaqla bağlı hissləri haqqında belə deyib: "Hisslərimi bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Ərbəin yürüşünə "Labeek ya Hüseyn" demək üçün gəldik.”

İstanbul sakini, Ərbəin yürüşünün mesajı haqqında bunları deyib: "Ərbəin Yürüşü, İslam dünyasında xüsusi bir koordinatoru olmayan ən böyük təşkilat və quruluşdur. Və Əbaəbdillahil Hüseynin (əleyhi səlam) tərəfdarları hər il bu mərasimlə böyük coşğu ilə bu mərasimə qatılırlar.”

Minlərlə türkiyəli şiələrin Ərbəin yürüşündə iştirak etdiyini deyərək, viza alma problemlərinə işarə edən Daşdəmir belə deyib: “Viza almaq çox da asan deyildir. Bəziləri güc-bəla ilə viza ala bilmişlər.”

İlk dəfə Ərbəin Yürüyüşünə qatılan Türkiyə vətəndaşı dünyaya "Hər kəsi Ərbəin Yürüşünə qatılmağa və buradakı ab -havanı görməyə çağırıram" dedi. O həmçinin qeyd etdi: “Korona epidemiyasından əvvəl, Ərbəin yürüşündə 25-30 milyon zəvvar var idi və bu inanılmazdır. Ərbəin Yürüyüşü, dünyanın heç bir yerində olmayan bənzərsiz bir atmosferə və auraya malikdir.”

O, İraq xalqının ev sahibliyi etməklyi ilə bağlı deyib: "İraqda ilk səfərimdir. Deməliyəm ki, İraq xalqı çox təvazökardır. İraqlılar qapılarını açır və qonaqpərvərdirlər və bu qədər qonaqpərvərlik inanılmazdır.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!