Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

25 sentyabr 2021

18:36:44
1183032

Dünyada İmam Hüseyn Əzadarlığı – Ərbəin 2021

Fransız zəvvar: Düşüncə və ən yaxşı davranış, Ərbəin yürüşünün ən vacib mesajıdır – Eksklüziv müsahibə

Cəfər Əli Ərbəin Yürüşünə qatılmaqla bağlı hissləri haqqında bunları söylədi: "Ərbəin yürüşünə ikinci dəfədir ki, qatılıram. Sonuncu dəfə 8 il əvvəl idi və dostlarımla birlikdə iştirak etdim. Özümü çox yaxşı hiss edirəm və bu yürüşdə olduğum üçün çox xoşbəxtəm.”

Əhli -Beyt (ə) -İbna xəbər agentliyinin verdiyi məlumata görə, Ərbəin yürüşünə qatılan bir Fransa vətəndaşı İraqdakı müxbirimizə belə deyib: "İmam Hüseyinin (əleyhi səlam) Ərbəin mərasiminin mesajı İmam Hüseynin (əleyhi səlam) və yoldaşlarının hərəkətləri və davranışları haqqında düşünməkdir. "

ABNA redaksiyasının İraqdakı müxbirinə eksklüziv açıqlama verən Cəfər Əli deyib: "Bütün dünya insanlarını bu möhtəşəm yürüşdə iştirak etməyə və dünyanın hər yerindən gələn zəvvarların burada keçirdikləri proqramlardan faydalanmağa dəvət edirəm".

Elektron ləvazimatlar satan 27 yaşlı Fransalı zəvvar sözünə əlavə edərək deyib: "Mən böyük atam və qardaşımla birlikdə Ərbəin yürüşündə iştirak edirəm. Atam mənə Kərbəla səfərinin xatirələrini və fəzilətlərini danışanda bizi Ərbəin yürüşündə iştirak etməyə təşviq etdi.”

Cəfər Əli Ərbəin Yürüşünə qatılmaqla bağlı hissləri haqqında bunları söylədi: "Ərbəin yürüşünə ikinci dəfədir ki, qatılıram. Sonuncu dəfə 8 il əvvəl idi və dostlarımla birlikdə iştirak etdim. Özümü çox yaxşı hiss edirəm və bu yürüşdə olduğum üçün çox xoşbəxtəm.”

Fransa vətəndaşı Ərbəin yürüşündən əldə edilə biləcək dərslər haqqında bunları söylədi: “Təkcə şiələr deyil, bütün dünya insanları bu yürüşdə bir -birlərinə qarşı ən yaxşı davranış və hərəkətləri öyrənirlər.”

Dini mərasimlərin keçirilməsində fəal olan Cəfər Əli bunları söylədi: “Dostlarımla birlikdə təxminən 14 ildir ki, Tuluza şəhərində Həzrəti Zeynəb (səlamullahi əleyha) adına Hüseyniyədə çalışırıq və Əhli-beyt (əleyhimus səlam) üçün müxtəlif mərasimlər keçiririk.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!