Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

21 sentyabr 2021

15:02:38
1181997

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmənin termobarik raketləri Səud muzdlularını gör nə günə qoydu! Mərib əyalətinin azad edilmə əməliyyatı– Video Reportaj

Yəhya Səri, mətbuat konfransı zamanı deyib: “Keçən il Məribin şimal cəbhəsində keçirilən əməliyyat zamanı, Səudiyyə koalisiyasının hərbi texnikasının bir çox elementi Yəmən ordusunun tank əleyhinə, mühəndis və topçu bölmələri tərəfindən məhv edildi.Ancaq düşməni çaşdıran və sarsıdan məsələlərdən biri də Yəmən qüvvələri tərəfindən yeni tip tank əleyhinə raketin istifadəsi idi.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri, mətbuat konfransı verərək, Mərib cəbhəsindəki əhəmiyyətli bir əməliyyatın detallandırı barədə açqılama verib.

Yəmən Silahlı Qüvvələrinin Sözçüsü zireh əleyhinə bölmənin şah əsərivə termobarik raketlərin istifadəsindən söz açıb.

Yəhya Səri, mətbuat konfransı zamanı deyib: “Keçən il Məribin şimal cəbhəsində keçirilən əməliyyat zamanı, Səudiyyə koalisiyasının hərbi texnikasının bir çox elementi Yəmən ordusunun tank əleyhinə, mühəndis və topçu bölmələri tərəfindən məhv edildi.Ancaq düşməni çaşdıran və sarsıdan məsələlərdən biri də Yəmən qüvvələri tərəfindən yeni tip tank əleyhinə raketin istifadəsi idi.

Yəmənin Ənsarullah tank əleyhinə bölməsi Səudiyyə muzdlu zirehli maşınlarını Konkours, Kornet, Tav və Faqot raketləri daxil olmaqla müxtəlif tipli tank əleyhinə raketlərlə vurb darmadağın edib.

Bəs termobarik silah nədir?

Adi silahlar partlayıcı və oksidləşdirici maddələrin birləşməsindən istifadə edərək partlayışı əmələ gətirirlər. Buna görə də adi silahlardan fərqli olaraq, termobarik silahlar 100% partlayıcı yükdən ibarətdir və partlayıcı reaksiya ətrafdakı oksigeni sovurmaqla geniş həcmli partlayışa və yüksək dərəcəli yanğına səbəb olur.

Həmçinin, bu silahın qapalı bir mühitdə, məsələn, avtomobilin və ya dağlardakı mağaranın içərisində istifadə edilməsi, mağara daxilindəki düşmən qüvvələrini yandırmasa belə amma havanın sovrulması və yandırılması səbəbiylə, düşmənin daxili orqanlarında qanaxma yaratdığı üçün onların ölümünə səbəb olur.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!