Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

20 sentyabr 2021

13:44:19
1181767

Qərbi Asiya Xəbərləri – Yəmən

Allahu Əkbər! Yəmən döyüşçüləri, "Vadi əl-Nəxla" strateji bölgəni də ələ keçirtdilər – Video Reportaj

Sən`a qüvvələri Səudiyyə koalisiyası və Əl-Qaidə terror ünsürləri ilə şiddətli toqquşmalardan və Səudiyyə təcavüzkar koalisiyası qüvvələrinin həyata keçirtdiyi geniş hava hücumlarından sonra Vadi əl-Nəxlə strateji bölgəsini nəzarətə götürməyi bacarmışlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən ordusu və xalq komitələri, Səudiyyə təcavüz koalisiya qüvvələri ilə son şiddətli toqquşmalarda işğalçıların son strateji məntəqəsi olan Mə'ribin şimalındakı əhəmiyyətli bir bölgəni nəzarətə götürməyi bacardılar.

Yerli mənbələr bildiriblər: “Sən`a qüvvələri son saatlardakı şiddətli döyüşlər zamanı Mə`ribin şimalında yerləşən "Vadi əl-Nəxla" adlı strateji bölgəsini nəzarətə götürməyi bacarıblar.

Sən`a qüvvələri Səudiyyə koalisiyası və Əl-Qaidə terror ünsürləri ilə şiddətli toqquşmalardan və Səudiyyə təcavüzkar koalisiyası qüvvələrinin həyata keçirtdiyi geniş hava hücumlarından sonra Vadi əl-Nəxlə strateji bölgəsini nəzarətə götürməyi bacarmışlar.

Bölgəyə nəzarəti ələ keçirdikdən sonra Yəmən ordusu və xalq komitələri, qarşı tərəfin hər hansı bir hücumunu dəf etməyə hazır olmaq üçün bölgədə və ətrafında canlı və texnika qüvvələrini yerləşdiriblər.

………………….

Xəbərin sonu / 218

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!