Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

18 sentyabr 2021

07:24:35
1180788

Həssas obyektlər PUA və ballistik raketlərlə hədəfə alınıb

Yəmənin Ənsarullah qüvvələri Səudiyyə Ərəbistanın həssas obyektlərini PUA və ballistik raketlərlə hədəfə alıblar.

ABNA24 Xəbər Verir, Yəmən Ordusunun qüvvələri Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektləri ballistik raketlər və PUA-lardan hədəfə alıblar.

Bu barədə mərkəzi qərargahları paytaxt sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”ndən məlumat verilib. 

Bildirilib ki, Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektlər ballistik raketlər və PUA-lardan hədəfə alınıb.

Mənbə həyata keçirilən hücum əməliyyatı haqda bu gün təfsilatlı bəyanatın veriləcəyini bildirib.

Bu arada Səudiyyə Ərəbistanın hərbi koalisiyası cümə gecəsi ölkənin cənubunda dörd PUA-nın havadan müdafiə tərəfindən vurulduğunu bildirib.

342/