Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

13 sentyabr 2021

17:17:42
1179526

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmənin Hadramut şəhərində şiddətli etirazlar - Foto

Etirazçılar İslahat Partiyasının qərargahını yandırdılar və istefa verən Yəmən hökumətinin fəaliyyətinəqarşı vətəndaşları itaətsizliyinə çağırdılar.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Yəmənin şərqindəki Hadramaut əyaləti, Bazar gecəsi (dünən gecə) vəhhbi Səudiyyə rejimi tərəfindən dəstəklənən istefa verən Yəmən hökumətinin nəzarətində olan bölgələrdə iqtisadi çöküşə və dolanışıq böhranlarına etiraz olaraq güclü anarxiyanın şahidi oldu.

Əl-Xabar Əl-Yəməniyə xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən valyutasının bu məntəqələrdə kəskin infilasiyası səngimir və elektrik də daxil olmaqla bütün dövlət xidmətləri zəifləyib kəsilmək üzrədir.

Məlumata görə, etirazçılar Hadramautun əl-Mukalla şəhərindəki əsas küçələri bağlayaraq təkərləri yandırıblar. İstefa verən hökumətə bağlı islahatçı partiyanın qərargahını da yandırıldığı xüsusi ilə qeyd olunur.

Hadramautdakı aktivistlər, birliklər və s. Bu gün (Bazar ertəsi) əl-Mukallada geniş vətəndaş itaətsizliyinə çağırıblar.

Əl-Sahafanın vəkili dünən gecə keçirilən etiraz aksiyaları haqqında da məlumat verib və bildirib ki, etirazçılar bir sıra hökumət binalarına basqın ediblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!