Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

27 avqust 2021

07:29:29
1173667

Yəmənli qüvvələrin səud hədəflərinə qarşı PUA əməliyyatı

Ərəb mediaları Yəmənin ordusu və silahlı qüvvələrinin Ərəbistanın cənubunda təcavüzkar səud koalisiyasına qarşı PUA əməliyyatından xəbər veriblər.

ABNA24 Xəbər Verir, təcavüzkar səud koalisiyasının sözçüsü bu gün səhərçağı bildirib ki, Yəmən ordusu və xalq komitələrinin bir ədəd pilotsuzu Ərəbistanın cənubunda yerləşən “Xəmis Muşayit” bölgəsinə hücum edib.

Hava hücumundan müdafiə sistemlərinin yəmənli pilotsuzların və raketlərin izlənilməsindəki gülünc səhvi və acizliyi filmi dəfələrlə yayılan səud koalisiyası iddia edib ki, bu PUA-nın izinə düşübdür.

Cinayətkar səud koalisiyasının sözçüsü iddialarının davamında belə deyib: Biz özümüzü müdafiə etmək üçün beynəlxalq qanunlara uyğun olaraq, lazımi tədbirləri görürük.

Yəmənli qüvvələr son zamanlar da altı pilotsuz uçuş aparatından istifadə ilə Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Aramko neft təsisatlarına hücum etmişdilər.

Yəmən milli qurtuluş dövlətinin baş katibi Əbdülməlik Bədrəddin Əlhusi bundan öncə bildirmişdi ki, təcavüzkarlarla mübarizə, müqavimət qüvvələrinin dini, imani və əxlaqi borcudur və səud təcavüzkarları ilə mübarizə üçün yəmənlilərin dünyada heç kəsin, o sıradan Avropa ölkələrinin və BMT Təhlükəsizlik Şurasının icazəsinə ehtiyacı yoxdur.

342/