Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

21 avqust 2021

14:24:41
1171743

Yanacaq gəmisinin Livana göndərilməsi sanksiyanın sınması deməkdir

Yəmən milli qurtuluş dövlətinin ali siyasi şurasının üzvü vurğulayıb ki, Livanın neft məmulatlarının təmini, bu ölkəyə qarşı sanksiyaların sındırılmasına doğru atılan addımdır.

ABNA24 Xəbər Verir, Məhəmməd Əli Əl-Husi tvitter-də yazıb: Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Livana neft məmulatları daşıyan gəmini bu ölkənin ərazisi adlandırması hakimiyyətin aradan götürülməsi olmayıb, hakimiyyətin genişlənməsi və onun müdafiəsi deməkdir.

Media mənbələri bildiriblər ki, Hizbullahın baş katibinin xəbər verdiyi İranın Livan üçün yanacaq məmulatları tamamilə livanlı şiə iş adamlarından bir qrupu tərəfindən satın alınıb və yüklənmə anından onların əmlakı hesab olunur.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən İrandan Livan istiqamətinə yanacaq daşıyan gəmilərin hərəkəti xəbərini verərək, onlara qarşı hər hansı təcavüz haqda xəbərdarlıq etdi.

Bu xəbərin Livan Hizbullahının baş katibi tərəfindən verilməsindən dərhal sonra bəzi daxili və xarici müxalif şəxslər, medilar və telekanallar bu məsələ ilə bağlı, ölkə daxilindəki ümumi frkri təşvişə salmaq məqsədilə qeyd olunan yüklərin xərcinin ödəniş tərzi ətrafında şübhə salıblar.

342/