Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

10 avqust 2021

15:39:23
1168438

Əhli Beyt (əleyhimus-səlam) Xəbərləri - Pakistan

"İmam Hüseyn (ə) və Pakistanın davamlı yaşaması" konfransında İslam məzhəblərinin birliyinə təkid olundu

Qeyd etməliyik ki, Məhərrəm ayının ilk on günü, xüsusilə də Aşura, Pakistan sünniləri üçün ən əhəmiyyətli günlərdən biridir. Bu günlərdə Pakistan sünniləri şiələrlə birlikdə şəhidlər ağası İmam Hüseyn (əleyhi səlam) üçün yas mərasimləri keçirir, yas saxlayır və göz yaşları tökürlər. Aşura günü sünnilər sədəqə verməklə və yetimlərə infaq etməklə İmam Hüseynə (ə) və yoldaşlarına məhəbbətlərini nümayiş etdirirlər. Pakistanlı sünnilər məhərrəmlik günlərində şadlıq mərasimləri keçirmir. Məscidlərə gedib Qran oxuyurlar.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Pakistanlı alim və mütəfəkkirlər "İmam Hüseyn (ə) və Pakistanın davamlı yaşaması" adlı konfransa toplaşaraq İslam məzhəblərinin həmrəyliyini və birliyini vurğuladılar.

Məhərrəm ayının çatması münasibəti ilə "İmam Hüseyn və Pakistanın mövcudluğu" adlı konfrans, "İmam Hüseyn (ə) İslam ümmətinin birlik mehvəri" mövzusunda İslamabadda İran İslam Respublikasının Mədəniyyət müşaviri "Ehsan Xəzai" nin, yerli məmurlar, media aktivistləri, dini, ictimai, siyasi xadimlər, şeyxlər, sufi ağsaqqalları, görkəmli Şiə və sünni alimləri həmçinin xristianlıq və müxtəlif dinlərin nümayəndələri və İslamabad və Pəncab əyalətin müxtəlif şəhərlərindən, olan çoxlu sayda paklıq və saflıq nümunəsi sayılan Əhli Beyt (əleyhimus səlam) sevənlər Pakistanın Ravalpindi şəhərinin Sənət Şurasında keçirildi.

Allahın kəlamlarından ayələrin tilavəti və Peyğəmbərin (s) tərifi ilə başlayan bir günlük konfransa, Pənc Təne Pak dərnəyinin sədri, Pire Əzmətullah Sultan, Əllamə Arif Vahidi, Şiə Üləmaları Şurasının Baş Katibi, Pir Sərkar Ci də daxil olmaqla Rawalpindi Sünnilərinin görkəmli Sufisi, Mazhar Berlas, Cəng (müharibə) qəzetinin media fəalı və köşə yazarı, Pir Məhəmməd Şubeyr, Səccadəneşin Lasani Sərkar Feysəlabad, Xristianlıq dinləri və məzhəblər arasında əlaqələr komitəsinin nümayəndəsi, Pir Gilani, Pir Yasin Seyfi, Sufi və Sünni şəxsiyyəti, Sosial və Sülh Komitəsinin sədri Məhəmməd Əşrəf Avan, Hafiz Məhəmməd İqbal Razavi,Əmn Komitəsinin təsisçisi, Müsəlmanların Birliyi və Vəhdəti, Abulkalam Azad, Sünni din xadimi, Tanvir Haydar, Əhli Beyt (ə) şairi, Həkim Sərvəsharənpuri, mədəniyyət və din fəalı "وَاعتَصِموا بِحَبلِ اللَّهِ جَميعًا وَلا تَفَرَّقوا" - (Hamılıqla yapışın Allahın möhkəm ipindən və parakəndə olmayın!) ayəsinə istinad edərək Müsəlmanlar arasında, xüsusən də Məhərrəm ayında birliyin qorunmasına dair çıxışlar etdilər. Vaizlər, Kərbəla hadisəsinin bəyanı, Aşura Qiyamının fəlsəfəsi, İmam Hüseynin (əleyhi səlam) cihad və şəhaətinin haqq olması barədə çıxışlar edərək, İslam məzhəbləri arasında birliyin bərqarar olunmasına dair dini mühazirə oxudular.

İran İslam Respublikasının mədəniyyət müşaviri Xəzai cənabları, dinlər və məzhəblər arası yaxınlaşma konfransda, İmam Hüseyn (əleyhi səlam) barəsində gələn "Həqiqətən Hüseynin qətlə yetirilməsi ilə əlaqədar möminlərin qəlbində sönməyəcək əbədi bir hərarət vardır" məzmunlu məşhur rəvayətə əsaslanaraq deyib: "Şübhəsiz Seyyid Şühəda, İmam Hüseynin vücudu məzhəblər arası yaxınlaşmanın əsas dirəyidir. Çün ki, O, İslam dünyasının bütün məzhəbləri arasında qəbul olunan şəxsiyyətlərdən biridir."

Daha sonra əlavə etdi: "Bu proqramın keçirilməsi eyni zamanda İslam dünyasında Seyid əş-Şühəda (ə) şəxsiyyətinin Şiələrə məxsus olmadığını göstərir və həmçinin sünnilər də onu böyük hesab edir və ona hörmət göstərirlər. Çün ki, Əhli-beytə (ə) hörmət etmək İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmridir, ona görə də İmam Hüseyn (ə) hər kəsə məxsusdur."

İran İslam Respublikasının İslamabaddakı mədəniyyət müşaviri Məhərrəm ayını İslamı və İmam Hüseyn (əleyhi səlam) Aşurası mədəniyyətini tanıtmaq üçün böyük bir fürsət adlandıraraq, bu ayın İslam dinləri arasında İslam birliyi və yaxınlığını gücləndirmək və bütün müsəlmanlara sülh və qardaşlıq mesajını çatdırmaq üçün yaxşı bir fürsət olduğunu vurğuladı və dedi: "İmam Hüseyn (ə) İslam dünyası üçün ortaq bir dəyərdir."

Pakistan Şiə Ulamaları Şurasının baş katibi Əllamə Aref Vəhidi demişdir: İmam Hüseyn (əleyhi səlam) Yezidə beyət etməmiş və Yezidə xitab etmişdir; Mən Peyğəmbər (səlləllahu əleyhi və alih), Əli və Fatimənin (əleyhiməs səlam) övladıyam və sərxoş olanlara heç vaxt beyət etmərəm, çünki mənim beyətim Allah Rəsulunun beyətidir.

* Həzrət Əli (əleyhi səlam); İnsan həyatı üçün ən yaxşı model

Konfransda iştirak edən din və mədəniyyət xadimlərindən Xanzadə Məhəmməd Əli Xan bildirib: "Bütün İslam məzhəbləri haqlıdır. İnsanlar Əmirəlmöminin Əlinin (ə) Nəhcül-bəlağədə dediklərini diqqətlə oxumalı və ona əməl etməlidirlər.

O, əlavə etdi: "İmam Əli (ə) və övladları bizim üçün mükəmməl bir nümunədir və mən həmişə Peyğəmbərə və Peyğəmbərin (s) ailəsinə salam və salavat göndərirəm."

Ravalpindi Pənc Tən Pak dərnəyinin sədri Pir Əzmətullah Sultan İran İslam Respublikasının Mədəniyyət müşavirliyinin Müsəlmanlar arasında vəhdətin qorunub saxlanması yönündə atdığı addımlara işarə edərək deyib:"Pakistan və İran arasındakı əlaqələr Himalay dağlarından daha yüksək və daha böyükdür. Heç kim onlara zərər verə bilməz."

* İmam Hüseyn (ə) hər kəsə məxsusdur

Xristian Dinləri və məzhəbləri arasında əlaqələndirmə komitəsinin nümayəndəsi Qureshi, İmam Hüseynin mübarək başının bir xristian rahib tərəfindən saxlanıldığı gecəyə işarə edərək, xristianların İmam Hüseynə (ə) hörmətini vurğuladı və dedi: "İmam Hüseyn (ə) hər kəsə aiddir və xristianların da İmam Hüseynə (ə) olan sevgisi və bağlılığı vardır."

Konfransın sonunda iştirakçılar ölkənin tərəqqisi və inkişafı və birliyin yaradılması, İslam ümmətinin zülm və fitnədən azad edilməsi, İslam məzhəbləri arasında həmrəylik və dini birlik üçün dua etdilər.

Qeyd etməliyik ki, Məhərrəm ayının ilk on günü, xüsusilə də Aşura, Pakistan sünniləri üçün ən əhəmiyyətli günlərdən biridir. Bu günlərdə Pakistan sünniləri şiələrlə birlikdə şəhidlər ağası İmam Hüseyn (əleyhi səlam) üçün yas mərasimləri keçirir, yas saxlayır və göz yaşları tökürlər. Aşura günü sünnilər sədəqə verməklə və yetimlərə infaq etməklə İmam Hüseynə (ə) və yoldaşlarına məhəbbətlərini nümayiş etdirirlər. Pakistanlı sünnilər məhərrəmlik günlərində şadlıq mərasimləri keçirmir. Məscidlərə gedib Qran oxuyurlar.

............................
Xəbərin sonu / 167

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!