Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

4 avqust 2021

10:51:11
1166430

Əhli Beyt (əleyhimus-səlam) Xəbərləri – Mübahilə Hadisəsi

Mübahilə Hadisəsi və Haqqın batilə qalib gəldiyi gün (qısa məlumat)

Həm sünni və həm də Şiə məzhəbin alimləri bildirirlər ki, Ali İmran sürəsinin 61-ci ayəsindəki "oğlanlarımız" kəlməsindən məqsəd Həsən (əleyhi səlam) və Huseyn (əleyhi səlam), "qadınlarımız" kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra (səlamullahi əleyha), Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (əleyhi səlam). Yəni, Nəbiyyi-Əkrəm (səlləllahu əleyhi və alih) bu mübarək insanları özüylə mübahilə etməyə - kafirləri nifrin etməyə aparmışdır.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Zil-hiccə ayının 24-ü “Mübahilə” günüdür. Mübahilə sözü ərəb dilində iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsinə deyilir.


Haqqın batilə qalib gəldiyi gün

Zilhiccə ayının 24-cü günü İslamın qələbəsi ilə səciyyəli və əlamətdar gündür. Bu gündə İslamın haqq din olduğu, Peyğəmbərin (səlləllahu əleythi və alih) haqq olaraq göndərildiyi bir daha həm müsəlmanlara və həm də, Nəcran məsihilərinə sübut olunub. Bu gün, həm də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinin (əleyhimus səlam) kimlərdən ibarət olduğu gündür. Əhli-beytin (əleyhimus səlam) ismətliyi, mübarəkliyi, üstünlüyü, məqam və mənziləti, imanı, Peyğəmbərdən (s) sonra rəhbərliyə onların layiq olduğu bir daha aşkarlandı. Quran Kərimdə Ali-İmran surəsinin, 61-ci ayəsində buy barədə danışılır və Peyğəmbərin (səlləllahu əleyhi və alih), Əhli-beytin (əleyhimus səlam) haqq olduğunu təsdiqləyir.


Peyğəmbər(s) və Nəcran məsihiləri

Tarixdə qeyd olunur ki, hicri 10-cu ildə, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) mübahisə etmək üçün, Nəcran məsihiləri - xaçpərəstləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərir. Bu heyət Həzrətlə (səlləllahu əleyhi və alih) mübahisə edir və tutarlı dəlillərlə, aşkar höccətlərlə üzləşmələrinə rəğmən, yenə də, İslamın haqq din olduğunu, Peyğəmbər Əkrəmin (səlləllahu əleyhi və alih) peyğəmbərliyini həzrət İsanın (əleyhi səalm) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirdilər. Nəhayət, ayə nazil olur Peyğəmbərə (səlləllahu əleyhi və alih):

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

"(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: "gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!". (Ali-İmran surəsu, 61)

Peyğəmbər (səlləllahu əleyhi və alih) bu təklifi məsihilərə verdikdə, onlar möhlət istədilər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) ki, bu haqda bir qədər fikirləşsinlər. Beləliklə də, onlar bu qərara gəldilər ki, əgər, Peyğəmbər bir ordu ilə gəlsə, deməli, dedikləri əsassız və həqiqətəuyğun deyil! Yox əgər, az sayda insanla gəlsə, o Həzrətlə (səlləllahu əleyhi və alih) mübahilədən çəkinsinlər. Və onlar gördülər ki, təyin olunmuş vaxtda mübahilə məhəllinə Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) iki uşaqla, bir gənclə və bir qadınla gəlir.

Həm sünni və həm də Şiə məzhəbin alimləri bildirirlər ki, Ali İmran sürəsinin 61-ci ayəsindəki "oğlanlarımız" kəlməsindən məqsəd Həsən (əleyhi səlam) və Huseyn (əleyhi səlam), "qadınlarımız" kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra (səlamullahi əleyha), Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (əleyhi səlam). Yəni, Nəbiyyi-Əkrəm (səlləllahu əleyhi və alih) bu mübarək insanları özüylə mübahilə etməyə - kafirləri nifrin etməyə aparmışdır.


Dinin təmsilçiləri

Əhli Sünnə və Əhli Şiə məzhəblərinin bütün alimləri ittifaq etmişlər bu məsələ üzərində ki, həqiqətən də, Peyğəmbərlə (səlləllahu əleyhi və alih) mübahiləyə gedənlər Əli (əleyhi səlam), Fatimə (səlamullahi əleyha), Həsən (əleyhi səlam) və Huseyn (əleyhi səlam) olmuşdur. Bunlar həmin insanlardır ki, "Təthir" ayəsi onların haqqında nazil olmuş və Peyğəmbər (səlləllahu əleyhi və alih) bu insanları öz əbası altına alaraq "Allahım, bunlar mənim Əhli-Beytimdir" buyurmuşdur. Vəhy bu insanların evinə nazil olmuşdur. "Təthir" ayəsinin çatdırışına əsasən, hər növ günah və xətadan pak insanlardır bunlar.

Halbuki, Quran Kərimdəki Mübahilə və Təthir ayəsi başda olmaqla digər yüzlərlə ayələrin və sürələrin məhz İmam Əli (əleyhi səlam) və Əhli Beytin (əleyhimus səlam) barəsində nazil olmasına rəğmən həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra Əli Beytin (əleyhimus səlam) qədri bilinmədi, onların ehtiramını qorumadılar. Ömrlərinin böyük hissəsini şirk və küfrdə keçirən layaqətrsizlər vəzifə və məqam iddiası etdilər. Əhli-beytə (ə) zülm edildi, haqqları tapdalandı.


Nəcranlıların etirafları

Bu insanların üstünlüklərini, yüksək məqamlarını, Allaha olan bağlılıqlarını biz Nəcran məsihilərinin dilindən də eşidirik. İlk öncə Peyğəmbərin (s) mübarək kəlamına diqqət edək; "Mən dua edim, siz "amin" deyin." İndi isə, nəcranlıların başçısının etirafına baxaq; "Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!".

Peyğəmbərin (s) duası və Əhli-beytin (ə) "amin" deməsi və nəticədə nəcranlıların məhvi qaçılmazdır. Amma, sonuc olaraq məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qalırlar. Halbuki, bir qoşunla gəlsəydi Peyğəmbər (s), məsihilər aralarında sözləşmişdilər ki, belə olan halda, bu insan haqsızdır ki, üzərimizə qoşun gətirib. Amma, bir gəncin, iki uşağın, bir qadının əzəmət və heybəti məsihiləri vahimələndirir və onlar bu mübarək insanların nifrini nəticəsində həlakətə düçar olacaqlarını anlayırlar.


Məlum hadisə hansı məsələlərə aydınlıq gətirir?

Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin (səlləllahu əleyhi və alih) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Əhli-Beyti (leyhimus səlam) Əli (əleyhi səlam) Fatimə (səlamullahi əleyha), Həsən (əleyhi səlam) və Huseyndən (əleyhi səlam) ibarətdir, hansı ki, onlar "Ali-əba"dır, "Kəsa" əhlidir, "Təthir" əshabıdır.

Əhli-Beyt (əleyhimus səlam) imanın, təqvanın ən yüksək mərtəbəsində qərar tutmuş kimsələrdir. Onlar Allahın izzətli bəndələridir, uca məqam və mənzilətə sahibdirlər. Belə olmasaydı, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu ciddi və mühüm mücadiləyə onları aparmazdı.

Əhli-beyt (əleyhi səlam) Allah dininin (İslamın) təmsilçiləri, Allah ordusunun qüdrəti, "Mübahilə" gününün qəhrəmanlarıdır.

"Mübahilə" günü, müsəlmanlar növbəti qələbəni bayram etdilər və bu gün haqqın batilə qalib gəldiyi gündür.

Bu hadisə ilə bağlı Quranda eyni adlı bir ayə vardır ki, bu hadisəni daha da, rövnəqləndirir.

İslam dini icazə verir ki, qeyri-müsəlmanlar, İslamı qəbul etməsələr də, vergi ödəməklə İslam dövlətinin himayəsində "zimmə" kimi yaşaya bilərlər. Bəzilərinin düşündüyü kimi, Peyğəmbər (səlləllahu əleyhi və alih) heç kimsəni zorla dinə gətirmir. Və İslamın mübarək məntiqinə görə, bu zatən mümkün də deyil…

İslam qadına böyük dəyər verir və bu əhəmiyyətli mübahisəyə Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə əziz qızı da, gəlmişdi.

Əli (əleyhi səlam) - Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü, Həsən (əleyhi səlam) və Huseyn (əleyhi səlam) isə o Həzrətin (səlləllahu əleyhi və alih) övladları hesab edilir.

Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyti (əleyihmus səlam) dinlərinin haqq din olduğunu yəqin etmiş və çox əminliklə düşmənlərlə lənətləşməyə gəlmişdilər. Bu da, o həzrətlərin haqlı olduqlarını, mərifət və bəsirət sahibi olmalarına dəlalət edir.





Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!