Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

30 iyul 2021

07:46:53
1164621

Əhli Beyt (əleyhimus-səlam) Xəbərləri- İmamət və Xilafət Bayramı və Muhərrəm

Dünya Əhli-Beyt (ə) Assambleyasının Baş katibinin mesajı ilə "Qədir və Aşuranın Böyüklüyü" konfransı –Foto reportaj

Bu konfransda Dünya Əhli Beyt (əleyhimus səalm) Assambleyasının Baş katibi Ayətullah Rza Ramazaninin video mesajı yayımlandı.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Pakistanın paytaxtı İslamabadda Əllamə Rəca Nasir Abbas Cəfərinin və onlarla Pakistanlı missioner və ruhaninin iştirakı ilə "Qədir və Aşuranın Böyüklüyü" konfransı keçirildi.

Bu konfransda Dünya Əhli Beyt (əleyhimus səalm) Assambleyasının Baş katibi Ayətullah Rza Ramazaninin video mesajı yayımlandı.

Qədir Xum bayramı və onun tarixi

Maraqlıdır, Qədir Xum bayramın keçirilməsi nə ilə bağlıdır, bu bayramın İslam dinində hansı yeri var, nə üçün sünnilər bunu qeyd etmirlər?

Qədir Xum Məkkə ilə Mədinə şəhərləri arasında Məkkə, Mədinə, Şam və Misir hacılarının ayrıldığı yerdə yerləşən bir məntəqə adıdır. İslam peyğəmbəri həzrət Məhmməd (səlləllahu əleyhi və alih) hicri qəməri tarixinin 10-cu ildə 350 min müsəlmanın iştirakı ilə sonuncu dəfə həyata keçirdiyi həcc mərasimindən geri qayıdarkən həmin məkanda Allah Təalanın təkidi və əmri ilə İlahi bir nitq söyləyib, müsəlmanları müəyyən məsələlərlə bağlı maarifləndirib. Onun həmin nitqdə toxunduğu ən vacib və həssas məsələ özündən sonra ümmətin taleyi məsələsi olub. Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub ki, mən Allahın əmri ilə (bu əmr Qurani-kərimin Maidə surəsinin 67-ci ayəsində gəlib) özümdən sonra Əli ibni Əbu Talibi və onun nəslindən olan 11 övladını Allah Təalanın aləmlərdə olan Xəlifəsi, Vəlisi və sizin imamınız, rəhbəriniz seçirəm. Bundan sonra Ömər ibni Xəttab və Əbu Bəkr başda olmaqla orada olan bütün səhabələr həzrət Əlini ümmətin rəhbərliyinə seçilməsi münasibətilə təbrik ediblər.

Həmin vaxtdan etibarən hər il Qədir Xum çölündə olan O İlahi Hadisə müsəlmanlar, xüsusən də Əhli-beyt ardıcılları tərəfindən böyük hörmətlə anılır və o tarixin xatirəsi yaşadılır, bir nəsildən digərinə ötürülərək qorunur. Eyni zamanda həzrət Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih), məsum imamlar (əleyhimus səlam) və Əhli Beyt (əleyhimus səlam) Məktəbinin alimləri də həmin günü qeyd etməyi və yaşatmağı əmr buyurublar.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!