Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

15 iyul 2021

08:25:18
1160685

Ekskluziv Müsahibə

Filippin Şiələrin vəziyyəti; Seyid Əli Əkbər Abinal: Filippində vəhhabilərin sünniləri şiələrdən ayırmaq cəhdi uğursuz oldu

Seyyid Əli Əkbər Abinal: Qumdakı seminariyada savadlı tələbələrin köməyi ilə Məsum İmamların həqiqətini sünni filippinlilərə göstərmək üçün gördüyümüz işlərdən biri də Səudiyyə dəstəkli vəhhabi şeyxləri ilə elmi diskusiyalar aparmaq idi. Vəhhabi şeyxlərinin zəifliyi mübahisələrdə elmi cəhətdən sübut edildi və bu məsələ Əhli Beytin (əleyhimus səlam) Filippində tanıdılmasına kömək etdi. İndi Filippin sünniləri arasında, ismət və saflıq ailəsi olan Əhli Beyt (əleyhimus səlam) tanınır və onlar bu ailəyə böyük hörmət bəsləyirlər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Filippin, 101 milyon insanın yaşadığı, 300.000 kvadrat kilometr ərazisi olan Cənub-Şərqi Asiya ölkələrindən biridir. Filipinlilərin yüzdə 81-i katolik, yüzdə 9-u protestant və yüzdə 10-u müsəlmandır.

İslam, Filippinə Hicri Qəməri tarixi ilə səkkizinci (miladi tarixi ilə 14-cü) əsridə gəlib və Müsəlmanlar, xristianlardan sonra ölkədəki ən böyük dini azlıqdır. Bir qrup Filipinli Müsəlman Moro adı ilə şöhrət taparaq bilinir və ölkənin daha çox Mindanao, Solo və digər cənub adalarında yaşayırlar.

İrandakı İslam İnqilabından sonra Filipinli Müsəlmanlar Şiə məzhəbinə meyillənərək qəbul etdilər; Bu meylin zəminəsi, şiə maraqlarına sahib olan Seyyidlərin bu ölkəyə İslam gətirməsindən qaynaqlanır. Filippinli Müsəlman alimlər İran İslam İnqilabını dəstəklədilər və İnqilabın qələbəsindən sonra Filippinlərə dini kitablar İrandan gəldi.

Filippinlərdəki şiələrin dəqiq sayı bilinmir, ancaq 30-46.000 arasında, əhalinin yüzdə birindən daha az olduğu təxmin edilir.

İndi isə eksklüziv olaraq "Filippin İmam Əli (ə) Assambleyasının rəhbəri Höccətül-İslam və Müslimin "Seyyid Əli Əkbər Abinal" ilə ölkənin şiələrinin vəziyyəti barədə Ümüdünya ƏHli Beyt (ə) Assambleyasının keçirtdiyi altıncı iclası ərəfəsində qısa bir söhbətini təqdim edirik:

Müsahibəni redaksiyamızın jurnalisti cənab Muhəmməd Cavad Mehdizadə alıb.

ABNA: Əvvəlcə özünüzü təqdim edərkən bizə Filippinlərdəki fəaliyyətinizdən danışın?

Mən Filippinin İslami Mərəvi şəhərindən olan Seyyid Əli Əkbər Abinalam. Mədəni və dini fəaliyyətim Həzrət Əlinin (ə) məscidində, seminariyasında və kitabxanasındadır. Səqələyn Radiosunun və İslam Dəvəti Forumunun ofisində də işləyirəm. Missioner qardaş və bacıların tərbiyyəsi mənim digər fəaliyyətlərimdən biridir və Filippindəki televiziya proqramlarında da çıxış edirəm.

ABNA: Filippində Əhli Beyt (əleyhimus səlam) Məktəbinin təbliğində hər hansı bir təhlükəsizlik problemi ilə qarşılaşmısınız?

Bir neçə il əvvəl Filippindəki İmam Əli (əleyhi səlam) Məscidi İŞİD tərəfdarı silahlı terrorçuların hücumuna məruz qaldı və bundan sonra vəziyyət bizim üçün bir az çətinləşdi. Bu terrorçular məscidimizin bəzi yerlərini yandırdılar. Məscidi qorumaq üçün hökumətin icazəsi ilə silahlarımız olduğuna görə, terrorçularla qarşı döyüşdük və üç terror ünsürünü öldürdük və yaraladık, qalan terroristlər də qaçdı. Bu terror hücumundan sonra İmam Əli (əleyh səlam) Məscidini təmir etdik.

ABNA: Filippindəki fəaliyyətinizin güclü tərəfləri nələrdir?

Ən vacib gücümüz ictimaiyyətlə ümumi əlaqələrin qurulma bəhsidir. Mən və İmam Əli (əleyhi səlam) Mərkəzinin digər təbliğçiləri müxtəlif mərkəzlərdə və televiziyalarda iştirak edib Əhli Beytin (əleyhimus səlam) fəzilətlərindən və İran İslam İnqilabının xüsusiyyətlərindən danışırıq və bu iki məsələni Səqələyn radio şəbəkəsi vasitəsi ilə də insanlara aşılayırıq.

Gördüyümüz işlər səbəb oldu ki, əyalətimizin və proqramlarımızı izləyən qonşu vilayətin əhalisi Əhli-Beyt (əleyhimus səlam) Məktəbi və İran xalqı ilə maraqlansınlar.

ABNA: Vəhhabi məzhəbi ilə üzləşmək üçün hansı addımları atmısınız?

Vəhhabilər bizim genişmiqyaslı fəaliyyətlərimizi görəndə Səudiyyə Ərəbistanından göndərilən külli miqdarda pulla bu fəaliyyətlərə qarşı çıxmağa çalışdılar, amma onları qabaqladıq və Filippindəki sünni qardaşlarla ortaq görüşlər keçirtdik. Və bu görüşlərdə sünnilərin şiələrə qarşı zehnlərinin vəhhabilər tərəfindən korlanmasının qarşısını almaq üçün onları maarifləndirdik və deyə bilərik ki, böyük ölçüdə buna nail də olduq.

Filippin prezidentinin İŞİD-lə tutuşması da bizə kömək etdi. Rəsmi olaraq bu qrupu terror qrupu elan etdi və İŞİD ünsürləri və tərəfdarlarının təqibinə əmr verdi.

Vəhdət yönümlü səylərimiz və İŞİD əleyhinə gördüyümüz işlər və anti-terror mövqeyimiz, Filippin sünnilərinin bizə və bu ölkədəki İmam Əli (əleyhi səlam) Məscidinə böyük maraq göstərməsinə səbəb oldu.

ABNA: Filippində sünnilərlə necə əlaqə qurursunuz?

Şəhərimiz də daxil olmaqla Filippinin müxtəlif bölgələrindəki müsəlmanların əksəriyyəti sünnidir. Biz Əhli-beyt əxlaqın göstərmək və İmam Xomeyninin İslam vəhdəti barəsindəki göstərişlərə əməl etmək üçün sünni qardaşlarla birgə çalışırıq. Bu onları xoşbəxt edir.

Məsələn, Sünni qardaşlarının iştirakı ilə bir qrup halında şəhərimizdə Hz. Peyğəmbərin (s) Milad Bayramını qeyd edirik. Onlar hətta İmam Hüseynin (ə) əzadarlıq mərasimində də bizimlə birgə iştirak edirlər.

Filippindəki vəhhabilər bizi şiələr və sünnilər arasında ayırılıq salmaq üçün çox səy göstərirlər; Ancaq Allahın razılığı üçün çalışanlar həmişə qalib gəlirlər.

ABNA: Əhli Beyt (əleyhimus səlam) təlimlərinin Filippində yayılması üçün hansı təsirli bir iş gördünüz?

Qumdakı seminariyada savadlı tələbələrin köməyi ilə Məsum İmamların həqiqətini sünni filippinlilərə göstərmək üçün gördüyümüz işlərdən biri də Səudiyyə dəstəkli vəhhabi şeyxləri ilə elmi diskusiyalar aparmaq idi.

Vəhhabi şeyxlərinin zəifliyi mübahisələrdə elmi cəhətdən sübut edildi və bu məsələ Əhli Beytin (əleyhimus səlam) Filippində tanıdılmasına kömək etdi. İndi Filippin sünniləri arasında, ismət və saflıq ailəsi olan Əhli Beyt (əleyhimus səlam) tanınır və onlar bu ailəyə böyük hörmət bəsləyirlər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!