Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

14 iyul 2021

15:05:47
1160603

Qərbi Şərq Xəbərləri – İraq

Bağdad Beynəlxalq Kitab Sərgisində Ümümdünya Əhli-Beyt (ə) Assasmbleyasının kitablarının təqdimatı

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının üç naşiri "İran İslam Respublikasının Bağdaddakı Mədəniyyət Məsləhətçisi", "İran Kitab və Ədəbiyyat Evi" və "Əbrar Çağdaş İnstitutu" ları da bu sərgidə iştirak etmişdi. Bu üç naşir əməkdaşlıq edərək "İran İslam Cümhuriyyətinin Milli Köşkü"nü Bağdad Beynəlxalq Sərgisinin dördüncü salonunda, 75 kvadratmetrlik bir sahədə yaratmışlar və Fars və Ərəb dillərində çap olunan dini, mədəni, bədii, siyasi, İranşünaslıq və s. mövzular haqqında 13000 cild şəklində təxminən 1200 ünvanlı kitabları sərgi ziyarətçilərinə təqdim etmişlər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 22-ci Bağdad Beynəlxalq Kitab Sərgisi, İraqın paytaxtında 1400-cü il Xordadın 20-dən 31-dək (10-21 iyun 2021) "Əl-Kitab Vətənun (Kitab Vətəndir)" şüarı altında keçirilib.

Əlbətdə ki, bu sərgi iyunun 20-də bitməli idi, lakin insanların xoş qarşılanması səbəbindən bir gün daha uzadılaraq, 12 gün davam etmişdir.

Sərgiyə 14 ölkədən 228-dən çox naşir qatılmış və sərgidə 30-a yaxın seminar və mədəni görüş keçirilmişdir.

Ümümdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası ilə əlaqəli olan İraqın yerli icmalarından biri sayılan "İraq Əhli-Beyt (əleyhimus səlam) Assambleyası" da bu sərgiyə qatılmış və assambleyanın əsərlərini təqdim etmişdir.

İraq Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının direktoru Höccətül-İslam vəl-Müslimin "Pəhləvanzadə Behbahani" də sərgiyə qatılmış və sərginin fəaliyyətləri ilə tanış olmuşdur.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının üç naşiri "İran İslam Respublikasının Bağdaddakı Mədəniyyət Məsləhətçisi", "İran Kitab və Ədəbiyyat Evi" və "Əbrar Çağdaş İnstitutu" ları da bu sərgidə iştirak etmişdi. Bu üç naşir əməkdaşlıq edərək "İran İslam Cümhuriyyətinin Milli Köşkü"nü Bağdad Beynəlxalq Sərgisinin dördüncü salonunda, 75 kvadratmetrlik bir sahədə yaratmışlar və Fars və Ərəb dillərində çap olunan dini, mədəni, bədii, siyasi, İranşünaslıq və s. mövzular haqqında 13000 cild şəklində təxminən 1200 ünvanlı kitabları sərgi ziyarətçilərinə təqdim etmişlər.

Bağdad Kitab Sərgisi zamanı müxtəlif ədəbi və mədəni görüşlər keçirildi. Belə görüşlərdən biri də İran İslam Respublikasının Mədəniyyət müşaviri tərəfindən Sərdar Qasım Süleymani və Hacı Əbu Mehdi əl-Muhandisin şəhid olması ilə bağlı xüsusi toplantısının təçkili idi.

22-ci Bağdad Kitab Sərgisi İraq xalqı tərəfindən rəğbətlə qarşılandı və iştirak edən naşirlərin satış həcmi məqbul idi.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!