Kufə məscidi Əl-Haram məscidi, Əl-Nəbi məscidi və Əl-Əqsa Məscidindən sonra dördüncü məsciddir və Kufənin ən qədim ziyarət yerlərindən biridir. Bəzi rəvayətlərə görə, Kufə məscidini quran ilk şəxs həzrət Adəm (əleyhi səlam) idi və hzərəti Nuh (əleyhi səlam) peyğəmbər tufandan sonra yenidən Kəbə evini inşa etdi.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Kufə Məscidi Kufə şəhərində yerləşir. Kufə, İraqın şəhərlərindən biridir. Ölkənin cənubunda, Nəcəfdən 10 km şimal-şərqdə yerləşir. Kufə məscidi Əl-Haram məscidi, Əl-Nəbi məscidi və Əl-Əqsa Məscidindən sonra dördüncü məsciddir və Kufənin ən qədim ziyarət yerlərindən biridir. Bəzi rəvayətlərə görə, Kufə məscidini quran ilk şəxs həzrət Adəm (əleyhi səlam) idi və hzərəti Nuh (əleyhi səlam) peyğəmbər tufandan sonra yenidən Kəbə evini inşa etdi.
Hicri Qəməri tarixi ilə 17-ci ildə, Bəsrə şəhərinin tikilməsindən bir neçə ay sonra, Səd ibn Əbi Vəqqas, ikinci hakimin əmri ilə bu şəhəri İran İmperiyasını fəth etmək üçün döyüşçülərin və hərbi qüvvələrin yaşaması məqsədi ilə şəhər halına gətizdirildi. Kufə məscidi Kufədə ilk məskunlaşmış müsəlmanların iştirakı və Salman Farsinin təklifi ilə yenidən tikilmişdir.
Bu məsciddə bir çox İlahi peyğəmbər (əleyhimus səlam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih), həzrət Əmirəl-möminin (əleyhi səlam), İmam Həsən və İmam Hüseyn (əleyhiməs səlam) və bəzi imamlar hazır olmuş və iabdət etmişlər.
Hicri Qəməri tarixi ilə 36-cı ildə Əmirəl-mömininin bu məsciddə olması bu məscidin əhəmiyyətini və ona olan diqqəti artırdı. Həzrət İmam Əli (əleyhi səlam) bu məsciddə namaz qılır və xütbələr oxuyurdu, qəzavət edib, hökm vermək kimi bəzi dövlət işləri görür və bu məscidin mehrabında terror edilərək şəhid olur.
Kufə Məscidinin yanında Meysam Tamar türbəsi, Əmir əl-Möminin evi, Kufədəki Dar əl-Amara, Müslim İbn Əqilin ziyarətgahı, Hani İbn Orvanın ziyarətgahı və Muxtarın ziyarətgahı var. Bu məscidin müxtəlif yerlərində məsum şəxslərin ibadət etdiyi və tarixi hadisə ilə əlaqədar məqamları mövcuddur ki, bu məqamların bir çoxunun özünə məxsus əməlləri vardır.
Səyyah Kufə məscidində namazı tam və ya qəsr qıla bilər. Bəzi rəvayətlərə görə Kufə məscidi cənnət bağlarından biridir. Hər kim bu məscidə daxil olarsa, bağışlanır. Kufə şəhəri İmam Zamanın (Allah Onun şərəfli gəlişini tezləşdirsin) hökümətinin mərkəzi, Kufə məscidi isə komandanlıq qərargahının mərkəzi olacaqdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!