Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

28 iyun 2021

11:34:44
1154692

İslam və İncəsənət

“Tövhidin şərti” adlı rəsm əsəri Əhli Beyt Kəriməsinin müqəddəs hərəminə hədiyyə edildi – Foto

Məşhur rəssam Həsən Ruhul Əmini “Tövhidin şərti” adlı rəsm əsərində 8-ci İmam həzrət Əli ibni Mua əl-Rzanın (əleyhiməs səlam) məşhur “silsilətuz zəhəb” hədəsini bəyan etdikləri anı canlandırmışdır.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İranın dünya səviyyəli məşhur və mahir rəssamlarından biri olan Həsən Ruhul Əmininin rəsm əsəri həzrət Fatiməi Məsumənin hərəminin muzeyinə hədiyyə edilib.

Məşhur rəssam Həsən Ruhul Əmini “Tövhidin şərti” adlı rəsm əsərində 8-ci İmam həzrət Əli ibni Mua əl-Rzanın (əleyhiməs səlam) məşhur “silsilətuz zəhəb” hədəsini bəyan etdikləri anı canlandırmışdır.

İmam Rza (ə)-ın şərəfətli silsilətu-zəhəb hədisi:

“İmam Rza (ə) Peyğəmbərdən o Həzrətdə Allah təbarək və Təaladan nəql edir.

Allah buyurmuşdur: La ilahə illa-Allah kəlməsi mənim qalamdır, hər kim mənim qalama daxil olar mənim əzabimdan amanda olacaqdır. Sonra İmam buyurur: Mən onun şərtiyəm.”

(Uyun Əxbari Rza (əleyhi səlam), cild 3, səh. 135)

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!