Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

21 iyun 2021

13:29:43
1152536

Qərbi Asiya Xəbərləri

ABŞ-a məxsus casus PUA-sı Yəmən səmasında darmadağın edildi

Qeyd edək ki, Yəmən Ordusu və Xalq Komitələrinin birgə apardıqları əməliyyatlarda cari ilin mart ayında ABŞ-ın UMQ-9 markalı casus hücum dronu Maarib əyalətində darmadağın edilmişdir. Əməliyyatın video görüntüləri də televiziya vasitəsi ilə yayımlanmışdır.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Yəmən Silahlı Qüvvələrinin spikeri Briqada Generalı Yəhya Sərii bildirib: “ABŞ-a məxsus casus PUA-sı Yəmənin Maarib əyalətində, səmada məhv edilib.”

Məlumatda deyilir: “ABŞ-ın casusluq məqsədləri ilə Boinq şirkəti tərəfindən istehsal olunan Scan Eagle pilotsuz uçan aparatı Yəmən Ordusunun Havadan Müdafiə Qüvvələri və Xalq Komitələrinin qurudan havaya atılan zenit raketləri ilə vurularaq darmadağın edilmişdir.”

General Yəhya Sərii deyib: “Maarib əyalətinin əl Muşəccəh məntəqəsində təkcə bir raketlə vurulan ABŞ-a məxsus casusluq PUA-sının vurulma anı və qalıqları tezliklə videoreportajda göstəriləcəkdir.”

Qeyd edək ki, Yəmən Ordusu və Xalq Komitələrinin birgə apardıqları əməliyyatlarda cari ilin mart ayında ABŞ-ın UMQ-9 markalı casus hücum dronu Maarib əyalətində darmadağın edilmişdir. Əməliyyatın video görüntüləri də televiziya vasitəsi ilə yayımlanmışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!