Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 may 2021

14:25:56
1145501

"Məlik Xalid" hava bazası PUA hücumuna məruz qalıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, Yəmən ordusunun bu gün səhər saatlarında "Məlik Xalid" hava bazasına qarşı PUA əməliyyatı həyata keçirdiyini bildirib.

ABNA24 Xəbər Verir, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi səud rejiminin təcavüzlərinə və Yəmənin mühasirəsinə cavab olaraq, "Xəmis Məşit" bölgəsində yerləşən bu bazanın iki ədəd "Qasif-K-2" PUA-sı ilə hədəfə alındığını bildirib. 

2015-ci ilin mart ayından bəri Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəmənin istefa vermiş prezidenti "Əbd Rəbbə Mənsur Hadi"ni hakimiyyətə qaytarmaq üçün yoxsul Yəmən ölkəsinə hava, quru və dənizdən ağır zərbələr endirib.

Bu hücumlar Yəmənin infrastrukturlarının məhv olmasına və bu ölkədə yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Hücumlar başlandığı gündən bəri on minlərlə mülki şəhid olub və ya yaralanıb.

BMT mütəxəssisləri Yəməni dünyanın ən böyük humanitar böhranının səhnəsi kimi xarakterizə edirlər. Hazırda Yəmən əhalisinin 75 faizdən çoxu humanitar yardım və dəstəyə ehtiyaclıdır. Bunların arasında milyonlarla insan aclıq yaşayır. 

342/