Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
bazar

9 may 2021

14:23:25
1139283

Yəmən Ərəbistanın «Məlik Xalid» bazasına PUA hücumu keçirib

Yəmən ordusu və xalq komitələrinin PUA bölməsi Ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən «Məlik Xalid» bazasını hədəfə alıb.

ABNA24 Xəbər Verir, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Əlsərii bazar günü səhər saatlarında bir bəyanatda bildirib ki, yəmənli qüvvələr «Xəmis Muşayit» rayonunda yerləşən və təcavüzkar səud koalisiyasına aid olan «Məlik Xalid» hava bazasını «Qasif-2» pilotsuzu ilə hədəfə alıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü söyləyib: «Məlik Xalid» aviabazasına qarşı hücumda bu bazaya dəqiq ziyan vurulub və bu əməliyyat blokada və təcavüzlərin kəskinləşməsinə olan qanuni bir cavabdır.

Belə bir halda, təcavüzkar səud koalisiyasının sözçüsü həmişəki yalan iddialar yolunu gedərək deyib ki, yəmənli qüvvələr tərəfindən Ərəbistanın cənubunda yerləşən «Xəmis Muşayit» rayonuna tərəf buraxılan bir ədəd PUA hədəfə dəyməzdən öncə onun izinə düşübdür.

342/