Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
çərşənbə

28 aprel 2021

13:46:44
1135867

Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib

Yəmənin İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib.

ABNA24 Xəbər Verir, Məhəmməd Əli Əl-Husi Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “İstər Məaribdə, istərsə də Yəməndəki başqa bir yerdə hərbi həll yolu istəmirik. Yəməni mühasirəyə alan işğalçı Səudiyyə, BƏƏ, ABŞ və Böyük Britaniya hərbi yol tətbiq edirlər”.

 Yəmənin İnqilabı Ali Komitəsinin sədri növbəti tvitində bunları qeyd edib: “İŞİD və Əl-Qaidə kimi terror qrupları, qəsbkarlarla birlikdə şəhəri tərk etdikdə, Məarib döyüşləri sona çatacaq. Mən xaricilərə Məaribi tərk etmələrini məsləhət görürəm”.

 Yəmən ordusu və inqilabi xalq komitələrinin Məarib cəbhəsindəki Səudiyyə rejiminin təcavüzkarlarına qarşı mübarizədə irəliləməsi davam edir. Yəmən müqavimət qüvvələri son günlər cəbhədə mühüm uğurlar əldə ediblər. Bu da Səudiyyə rejiminin özünü bataqlıqdan xilas etmək üçün beynəlxalq güclərə müraciət etməsinə səbəb olub.Deyerler.org

342/