Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : parstoday
bazar ertəsi

26 aprel 2021

20:10:42
1135205

Yəmən qüvvələri Səudiyyə rejiminin aviabazasına qarşı PUA əməliyyatı keçirdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejiminin cənub-qərbindəki həssas bir hədəfə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.

ABNA24 Xəbər Verir, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, bu gün (26 aprel) səhər Səudiyyə rejiminin Kral Xalid aviabazasına qarşı PUA əməliyyatının keçirildiyini elan edib: “Yəmən ordusunun PUA birliyi Qasif 2K pilotsuz təyyarəsi ilə Xamis Muşaitdə Kral Xalid aviabazasına qarşı hücum əməliyyatı həyata keçirdi.

 Hücumda həssas hərbi nöqtə hədəfə alındı və dəqiq şəkildə vuruldu. Bu əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünü və Yəmənə qarşı davamlı mühasirəsini artırmasına cavab olaraq həyata keçirildi”.

342/