Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

21 aprel 2021

11:30:49
1133605

Yəmənlilərdən səudiyyəlilərə sürpriz əməliyyatYəmənlilərdən səudiyyəlilərə sürpriz əməliyyat

Səudiyyə rejiminin cənubunda Səna hökuməti tərəfindən təşkil edilən qəfil hücum zamanı Səudiyyə rejiminin əsgərləri silahlarını qoyub qaçdıqları qeydə alınıb.

ABNA24 Xəbər Verir,  Səna hökumətinə bağlı Hərbi İnformasiya Mərkəzi Yəmən ordusunun Səudiyyə Ərəbistanının cənubunda həyata keçirdiyi qəfil hücumun görüntülərini yayımlayıb.

 Səna hökuməti qüvvələrinin əməliyyatının Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin Talaa bölgəsində baş verdiyi bildirilib.

 Nəcranın Talaa bölgəsindəki Səudiyyə rejiminin qüvvələrinin, Yəmən Milli Qurtuluş hökumətinə bağlı Yəmən ordusunun diqqətli bir kəşfiyyat əməliyyatından sonra həyata keçirdiyi hücumda ağır zərbələrə məruz qaldığı bildirilib.

 Yəmən ordusu və inqilabi xalq komitələrinin səudiyyəlilərə qarşı əməliyyatı o qədər qəfil olub ki, səudiyyəlilərin qaçmaqdan başqa yolu qalmayıb.

 Əl-Məsirə televiziyası Yəmən ordusunun əməliyyatının bölgənin son dərəcə dik olmasına baxmayaraq, əməliyyatın həddən artıq uğurlu keçdiyini və Səudiyyə rejiminin ordusunun əsgərlərinin silahlarını ataraq qaçdığını və yəmənlilərin düşmən mövqelərini çox qısa müddətdə ələ keçirdiyini bildirib.

 Digər tərəfdən, koronavirusdan öldüyü deyilən Səudiyyə rejiminin dəstəklədiyi Mansur Hadi rejiminin qüvvələrindən 159-cu briqadanın komandiri Seyf Şəddadinin öldürüldüyü bildirilib.

 342/