Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

21 aprel 2021

11:29:44
1133604

Yəmən ordusu Səudiyyə rejiminin hava limanını vurdu

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Əbha hava limanına qarşı uğurlu PUA əməliyyatı keçirdiklərini elan edib.

ABNA24 Xəbər Verir, general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında sözügedən əməliyyatın Qasif 2K PUA-sı ilə həyata keçirildiyini bildirib.

Əməliyyat mühüm bir hərbi yeri hədəf aldı və müvəffəq oldu. Əməliyyat Səudiyyə rejiminin koalisiyasının hücumlarının davam etməsinə və Yəmənə qarşı blokadasının davam etməsinə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, raket və PUA hücumlarından qorxan Səudiyyə rejiminin koalisiyası, Yəmənə qarşı hücumlarda iştirak edən hücum təyyarələrini mülki obyektlərdə yerləşdirir.

Xamis Muşaitdəki Kral Xalid Hava Bazasının yanında yerləşən Əbha Hava Limanı, koalisiyanın Yəmənə qarşı hava hücumlarının əksəriyyətinin bu iki yerdən həyata keçirildiyi hava limanlarından biridir.

342/