Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

4 aprel 2021

08:29:05
1128552

Ənsarullah Məaribdə düşmənin Səhn Əl-Cin bazasını diz üstə qoyub

Yəmən ordusu və inqilabi xalq komitələri Məaribdə böyük irəliləyiş əldə ediblər. Bölgədəki koalisiya qüvvələrinin ən mühüm hərbi bazası olan Səhn Əl-Cin süqut etmək ərəfəsindədir.

ABNA24 Xəbər Verir, qarşıdurmalar indi Səhn Əl-Cin bazasının ən vacib qarnizonu olan Cəbəl Əl-Akşatda baş verir.

 Bu gün (3 aprel) Səna qüvvələri, Məarib vilayətində yeni irəliləyiş əldə etdilər ki, bu da strateji Səhn Əl-Cin bazasına yaxınlaşmalarını təmin edib. Səhn Əl-Cinin süqutu istefa vermiş Hadi rejiminin qüvvələrinin “üçüncü hərbi” bölgəsinin əldən çıxması deməkdir.

 Bu irəliləyiş Səna qüvvələrinin İdat Əl-Raanın şimalındakı Xəlfən, Əl-Qarn Əl-Əhmar, Əl-Süveyda və Əl-Daşuş bölgələrini ələ keçirməsindən və böyük hərbi texnika ələ keçirməsindən sonra baş verir.

342/