Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

26 mart 2021

19:21:16
1126558

Yəmən Səudiyyə rejiminin MQ9 PUA-nın vurulma videosunu yaydı+Video

Yəmən ordusu Məarib şəhərində Səudiyyə rejiminin koalisiyasının ABŞ istehsalı olan MQ9 pilotsuz təyyarəsini vurduqdan sonra, video görüntülərini paylaşıb.

ABNA24 Xəbər Verir, Yəmən ordusuna yaxın olan Hərbi İnformasiya Qrupu (İləm Əl-Hrbi Əl-Yəməni) Səudiyyə rejiminin koalisiyasındakı ABŞ pilotsuz təyyarəsinin hədəfə alındığı anın videosunu yayımlayaraq, martın 23-ü Yəmən ordusunun pilotsuz təyyarəyə əməliyyat zamanı yerdən havaya raketini atdığını yazıb.

 Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter hesabında belə qeyd etmişdi: “Hava hücumundan müdafiə qüvvələrimiz, Məarib vilayətinin səmalarında düşmən tapşırıqlarını yerinə yetirən MQ9 hücum PUA-sını vurdu”.

 Sözçü əməliyyatın hələ açıqlanmayan uyğun silahla həyata keçirildiyini söyləmişdi. Yəmən ordusu bu gün (25 mart) rəsmi olaraq vurulan PUA-nın raket əleyhinə müdafiə sistemi tərəfindən vurulduğunu elan etdi.

342/