Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

25 mart 2021

11:32:31
1126202

Səud təcavüzkarları Yəmənin kommunikasiya sektoruna bir milyard dollarlıq xəsarət vurublar

Yəmənin rabitə və informasiya texnologiyalrı nazirliyi bildirib ki, təcavüzkar səud koalisiyası Yəmənin kommunikasiya sektoruna bir milyard 400 milyon dollarlıq xəsarət vurubdur.

ABNA24 Xəbər Verir, Nazirlik vurğulayıb ki, təcavüzkar səud koalisiyası Yəmənin 87-dən çox şəhər və kəndinə xidmətin verilməsinin bərpasını , bir milyondan çox vətəndaşın bu xidmətlərdən məhrum olmasına bais olubdur.

Yəmənin rabitə və informasiya texnologiyalrı nazirliyi sonra vurğulayıb ki, səud düşmən bu nazirliyin dəniz internet kabelindən istifadə etməsinə mane olub və Ədən-Cibuti dəniz kabelindən istifadənin qarşısını almaqda davam edir.

Nazirlik səudların hücumlarından irəli gələn xəsarətlərə toxunaraq, bildirib: Rabitə sektoru böyük maddi və insani xəsarətlərə düçar olub və 2409-dan çox hava hücumunun həyata keçirilməsi poçt ofislərinə, həmçinin rabitə qüllələri və təsisatlarına böyük xəsarətlər vurubdur.

Bu məlumata görə, səud təcavüzkarları indiyədək min 41 poçt və rabitə mərkəzini hədəfə alıbdır ki, bu da infrastrukturlardan 23 faizinin cüzi, 32 faizinin isə tam şəkildə dağılmasına bais olubdur.

Hərbi təcavüz həmçinin Yəmən vilayətlərində 774 xidmət mərkəzinin bağlanmasına səbəb olub və bu arada bu sektorun 60 işçisi də hava hücumlarında öldürülübdür.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə qarşı hərbi təcavüz həyata keçirərək, bu ölkəni quru, dəniz və havadan mühasirəsəyə aldı.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 min nəfərdən çox yəmənlinin ölməsi, on minlərlə yəmənlinin yaralanması, milyonlarla yəmənlinin isə didərgin düşməsi ilə nəticələnibdir.

342/