Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 mart 2021

16:20:32
1125581

Səudiyyənin “sülh təşəbbüsü”nə Ənsarollahın cavabı

Səudiyyə Ərəbistanının sülh çağırışında yeni heç nə yoxdur.

ABNA24 Xəbər Verir, bu sözləri “Ənsarollah” hərəkatının rəsmi nümayəndəsi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam Səudiyyə Ərəbistanının sülh təşəbbüsünə cavab olaraq bildirib.

“Ərəbistanın sülh təşəbbüsü ciddi deyil, burda yeni heç nə yoxdur. Sıudiyyə konfliktin tərəfi kimi artıq 6 ildir çıxış edir. Ər-Riyad təcili şəkildə dəniz və hava blokadasını aradan qaldırmalı və Yəmənə aqressiyanı dayandırmalıdır”, - o deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının XİN rəhbəri Feysəl bin Fərhan Yəməndə atəşin dayandırılması üçün yeni təşəbbüslə çıxış edib. O bildirib ki, BMT-nin rəhbərliyi altında tam atəşkəs elan olunsun. Farhan Səna aeroportunun fəaliyyətini bərpa etməsi, Hüdeyda limanının blokadasının götürülməsi və s. məsələlərin müzakirəsini də təklif edib.

342/