ABNA24 Xəbər Verir, Muhəmməd Əli Əlhusi deyib: Yəmən səud koalisiyasının təcavüzünün dayandırılması və mühasirənin ləğv edilməsini istəyir və atəşkəsə qarşı deyildir.
Əlhusi bildirib ki, Yəmən xalqı təcavüzkar səud koalisiyası tərəfindən ölkəsinə qarşı geniş mühasirə, təcavüz və işğal ilə mübarizəni davam etdirəcək.
O, sonra deyib: Bununla belə, Ənsarullah hərəkatı Yəmən böhranının əhatəli həlli sənədini beynəlxalq bir vasitəçi ilə Amerika nümayəndəsinə göndərib.
Yəmən Ənsarullahı müharibəyə son qoymaq üzrə Yəmən böhranının əhatəli həlli sənədini aprelin səkkizində BMT-yə təqdim edib. Bu sənəd üç əsas mehvərə; müharibənin bitməsi, mühasirənin başa çatması, Yəmənin siyasi prosesi, iqtisadi və insani həll yolları və tədbirlərə şamil olur.
Ənsarullah bildirib ki, BMT bu sənəd barədə aydın bir cavab təqdim etməyibdir.
342/