Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

15 mart 2021

13:04:07
1123628

Yəmən Səudiyyə rejiminin hərbi bazasını və Əbha aeroportunu vurdu

Yəmən Səudiyyə rejiminin hərbi bazasını və Əbha aeroportunu vurdu

ABNA24 Xəbər Verir, Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bu gün (15 mart) Yəmən ordusu və inqilabi xalq komitələrinin Hərbi Hava Qüvvələrinin Səudiyyə rejiminin ərazilərinin dərinliklərinə yeni cavab zərbələri endirib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında belə qeyd edib: “3 Qasif 2K PUA-sı ilə Əbha Beynəlxalq Hava Limanında və Xamis Muşaitdəki Kral Xalid Hava Bazasında hərbi hədəflərə qarşı yeni əməliyyat uğurla həyata keçirildi.

 Bu əməliyyat Səudiyyənin (Səud rejimi) təcavüzkar koalisiyasının ölkəmizə qarşı hücumları və tam mühasirəni gücləndirməsindəki hərəkətlərinə cavab olaraq təbii və qanuni hüququmuz çərçivəsində həyata keçirildi”.

 Əməliyyatın hədəflərini dəqiq vurduğunu bildirən sözçü, belə deyib: “Yəmənə qarşı hücumlar və mühasirələr davam etdikcə daha ağrılı əməliyyatlar gözləyin”.

 Əməliyyat Səudiyyə rejiminin ərazilərinin dərinliklərinə qarşı ballistik raketlər və pilotsuz təyyarələrlə həyata keçirilmiş “Rədd tarazlığı sadədir” (Saxlama balansı 6) əməliyyatından bir həftə sonra həyata keçirilib.

 342/