Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

9 mart 2021

11:09:51
1121920

Yəmənlilər «Əbha» hava limanına raket hücumu ediblər

Yəmən qüvvələri «Əbha» hava limanına raket hücumu ediblər.

ABNA24 Xəbər Verir, Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bu ölkənin ordusu və xalq komitələrinin Ərəbistanın cənubunda yerləşən Əsir vilayətindəki «Əbha» beynəlxalq hava limanına qarşı raket hücumundan xəbər verib.

Yəhya Əlsərii bildirib ki, bu ölkənin ordusu «Əbha» beynəlxalq hava limanındakı həssas hərbi bir hədəfi bir ədəd yeni, yerli ballistik raketlə hədəfə alıb.

Raketin olduqca yüksək dəqiqliklə hədəfə dəydiyini bildirən Əlsərii qeyd edib ki, bu raketdən son zamanlar istifadə edilib və hələ onun təqdimatı olmayıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü sonra vurğulayıb ki, bu hücum Yəmənə qarşı mühasirə və təcavüzlərin davam etməsinə olan təbii və qanuni cavab istiqamətində həyata keçirilib.

«Əbha» hava limanı bundan öncə də Yəmənin ordusu və xalq komitələrinin PUA və raket bölmələri tərəfidən hədəfə alınmışdı.

Bu hava limanı səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə edilən qırıcıların yanacaqdoldurma və tədarük məkanıdır.

342/