Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
şənbə

6 mart 2021

08:06:48
1121030

«Kral Xalid» hava bazası bir daha Yəmənin PUA hücumu hədəfinə çevrilib

Yəmən silahlı qüvvələrinin sözçüsü şənbə günü səhər tezdən bildirib ki, Ərəbistanın cənubunda yerləşən «Kral Xalid» hava bazası Yəmənin PUA hücumu hədəfinə çevrilib.

ABNA24 Xəbər Verir, Yəhya Əlsərii deyib: Ərəbistanın cənubundakı «Xəmis Muşait» bölgəsində yerləşən «Kral Xalid» hava bazası iki ədəd "Səmad-3" PUA-sı ilə hücum hədəfinə çevrilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib ki, bu hücum Yəmən xalqına qarşı mühasirənin və səud koalisiyası hücumlarının davam etməsinə cavab olaraq, həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü cümə günü də «Kral Xalid» hava bazasındakı mühüm və həssas mərkəzlərdən bir neçəsinin, həmçinin Əbha beynəlxalq hava limanının hədəfə alınmasından xəbər vermişdi.

Bu hücumlar elə bir halda edilir ki, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən saatlarda 31 dəfə Yəmənin Marəb vilayətini bombalayıblar.

Yəmənin çəkindirici hücumlarının fonunda qeyd edək ki, yəmənli rəsmilər dəfələrlə təcavüzkarlara xəbərdarlıq etmişdilər ki, Yəmənin ordusu və xalq komitələri ərəb koalisiyasının bu ölkəyə olan hücumlarına qarşı cavab tədbirlərində Ərəbistanın hərbi hava limanları, təsisatları və mərkəzlərini hədəfə almağı davam etdirəcəklər.

342/