ABNA24 Xəbər Verir, Yəhya Əlsəri deyib: «Beşinci cavab müvazinəti» adlı geniş bir əməliyytda Ərəbistanın paytaxtı Ərriyaddakı həssas mövqelər hədəfə alınıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü bu gün bir mətbuat konfransında bu əməlıiyyatın detallarını açıqlayaraq, söyləyib: Ərriyaddakı mühüm mövqelərə qarşı hücum əməliyyatında «Zolfəqar» tipli bir ədəd ballistik raket və «Səmad-3» tipli doqquz ədəd pilotsuz uçuş aparatından istifadə olunub
Əlsəri sonra deyib: Yəmənin «Qasif K2» tipli altı ədəd PUA-sı da Ərəbistanın Əbha və «Xəmis Muşait» bölgələrindəki hərbi mövqeləri hədəfə alıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, bu ölkəyə qarşı mühasirə və hücumların davam edəcəyi zamanadək Yəmən silahlı qüvvələrinin əməliyyatları da davam edəcək və daha geniş miqyas alacaqdır.
342/