ABNA24 Xəbər Verir, Ərəbistanın Ələrəbiyyə telekanalı dünən gecə bu koalisiyaya istinadla xəbər verib ki, bu ölkənin raket müdafiə sistemi Ərriyada qarşı raket hücumunun izinə düşüb.
Koalisiyanın sözçüsü Turki Əlmalikinin iddiasına görə, Yəmən Ənsarullahı Səudiyyə Ərəbistanının paytaxtına tərəf bir ədəd ballistik raket atmışdı ki, bu raket hədəfə dəyməzdən öncə məhv edilibdir. Halbuki bu xəbərin mediyaya çıxarılmasından az öncə tvitter istifadəçiləri Ərriyad şəhərində partlayış səsinin eşidildiyini bildirmişdilər.
Yəmənin silahlı qüvvələri indiyədək bu xəbərə reaksiya verməyib və onun məsuliyyətini üzərlərinə götürməyiblər.
342/