Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
çərşənbə axşamı

16 fevral 2021

12:28:47
1116080

Səudiyyə koalisiyası Yəmən üçün yanacaq daşıyan gəmini ələ keçirib

Xəbər mənbələri Bazar ertəsi gecəsi Səudiyyə koalisiyasının Yəmənə 29 min 988 ton dizel gətirən yeni bir gəmini ələ keçirdiyini bildirdi.

ABNA24 Xəbər Verir, Yəmən Milli Neft Şirkətinin sözçüsü Essam əl-Mütəvəkkil, təcavüzkar Səudiyyə koalisiyasının Yəmən xalqının əzablarını qəsdən gücləndirdiyinə işarə edərək bildirib ki, bu düşməncəsinə hərəkətlər anti-beynəlxalq və humanitar qanunlarla zidd olduğuna əyani sübutdur.

Yəmən Milli Neft Şirkətinin sözçüsü həmçinin Yəməndəki vəziyyətin pisləşməsində Səudiyyə Koalisiyası başda olmaqla Birləşmiş Millətlər Təşkilatı və ABŞ-ın məsuliyyət daşıdığını söyləyib.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə dəniz, quru və havadan mühasirəyə başladı ki bu təcavüz 16.000-dən çox yəmənlinin ölümü və on minlərlə insanın yaralanması ilə nəticələnib.

342/