Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

12 fevral 2021

14:19:48
1114615

Yəmən qoşunları Məribdə düşmənin ən böyük hərbi düşərgəsini ələ keçirib

Yəmən ordusunun qüvvələri və xalq komitələri Mərib şəhərinin qərbində Səudiyə rejiminin ən böyük hərbi düşərgələrindən biri olan strateji Kufl düşərgəsini nəzarətə götürüb.

ABNA24 Xəbər Verir, Yəmən qüvvələri, neftlə zəngin olan Mərib əyalətinin qərb bölgəsinə hücumlarını davam etdirib və dünən (10 fevral) gecə Səudiyə rejiminin koalisiyasının Sarava bölgəsindəki Kufl hərbi düşərgəsini nəzarəti altına keçirə bilib.

Yəmən ordusunun hissələri və Ənsarullahla əlaqəli xalq komitələri, Səudiyə rejiminin koalisiya silahlılarına və muzdlularna qarşı dörd gün davam edən şiddətli döyüşlərdən sonra koalisiyanın Məribdəki ən böyük bazalarından birini ələ keçirib. Kufl hərbi düşərgəsi Səudiyə rejiminin koalisiyasının Sana vilayətinin şimal-şərqindəki Mərib əyalətindəki ən böyük bazalarından biridir. Mütəxəssislər qeyd edir ki, Yəmən ordusunun Kufl hərbi düşərgəsini nəzarətə alması, bütün Mərib şəhərini nəzarətə götürmək imkanı yaradır.

342/