Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

30 yanvar 2021

14:04:20
1110670

AP üzvü: “Yəmənlilərin həyatı Avropa üçün əhəmiyyətli deyil”

Avropa Parlamentinin irlandiyalı üzvü yəmənlilərin həyatının Avropa üçün əhəmiyyətli olmadığını bildirib.

ABNA24 Xəbər Verir, İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Vallas Səudiyyə rejimi-BƏƏ koalisiyası tərəfindən Yəmənin Qərbin dəstəyi ilə bombalanmasının davam etməsini tənqid edib.

Mayk Vallas Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Səudiyyə rejimi-BƏƏ koalisiyası Qərbin dəstəyi ilə Yəməni bombalayır və bunun nəticəsində milyonlarla yəmənli aclıqdan əziyyət çəkir.

Aİ niyə üzvlərinin Səudiyyə rejiminə və BƏƏ-yə silah satmasına və dəstək verməsinə icazə verir? Avropa dəyərləri dediyimiz budurmu? Yəmənlilərin həyatı vacib deyil?”

Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya Yəmənin istefa verərək, qaçmış eks-prezidenti Əbdürrabbu Mansur Hadini yenidən iqtidara gətirmək üçün ağır hava, quru və dəniz hücumları ilə kasıb Yəmən ölkəsini hədəfə alır.

Bu hücumlar Yəmənin infrastrukturunun məhv olmasına və bu yoxsul ərəb ölkəsində yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

BMT mütəxəssisləri Yəməni dünyanın ən böyük humanitar böhranının baş verdiyi ölkə kimi qəbul edirlər. Yəmən əhalisinin 75%-ni təşkil edən 22 milyon insanın humanitar yardım və dəstəyə ehtiyacı var. Bunlardan 8.4 milyonu növbəti yeməklərinin haradan gələcəyini bilmir.

342/