Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

28 yanvar 2021

13:45:45
1110144

Yəmənli rəsmidən ABŞ silahlarının Ərəbistana və BƏƏ-yə satışının müvəqqəti dayandırılmasına reaksiya

Yəmən Ali Siyasi Şurasının üzvü bir tvitt-də Amerika silahlarının Ərəbistana və əmirliklərə satışının müvəqqəti olaraq dayandırılmasına reaksiya verib.

ABNA24 Xəbər Verir, Əlhusi yazıb: Bu addım Vaşinqtonun bu iki ölkə ilə törətdiyi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq.

Muhəmməd Əli Əlhusi bu gün səhərçağı öz rəsmi tvitter səhifəsində yazıb: Silah satışının dayandırılması çəkindirici deyil və təcavüzkar Amerika-Ərəbistan-əmirliklkər terrorizminin Yəmən Respublikasına qarşı həyata keçirməkdə olduğu mühasirə, aclıq, dağıntı və qətl kimi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq.

Bəzi amerikan qaynaqlar dünən bildirdilər ki, Bayden hökuməti Ərəbistana silah və əmirliklərə F-35 qırıcılarının satışını dayandırıb.

ABŞ-ın sabiq prezidenti Donald Tramp bu ölkənin yeni prezidenti Cozef Baydenin inaqurasiya mərasiminə bir neçə gün qalmış Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard dollar dəyərində olan əlli ədəd F-35 qırıcısının satışına razılıq verdi.

Bayden hökuməti bundan öncə Tramp hökumətinin öz fəaliyyətinin son günündə Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi sanksiyanı bir ay müddətinə dayandırdı.

342/