Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

25 yanvar 2021

17:57:08
1109129

Yəməndə ABŞ-a qarşı etiraz aksiyası keçirilib

Yəmənlilər ABŞ-ın ölkələrindəki cinayətlərinə qarşı etiraz aksiyası nümayiş etdiriblər.

ABNA24 Xəbər Verir, Bu gün (Bazar ertəsi) milad ili ilə Yanvarın 25-i  on minlərlə Yəmənli, ABŞ-ın şimalındakı Saada şəhərindəki cinayətlərinə etiraz olaraq etiraz aksiyası keçirib.

"ABŞ-ın təcavüzü və mühasirəsi terror cinayətləridir" adı altında keçirilən bu aksiyada  iştirakçılar ABŞ-ın Yəmən müharibəsindəki iştirakını qınayaraq müharibəyə son verilməsini tələb edən şüarlar səsləndirblər.

Aksiya parallel olaraq “Yəmən müharibəsinə yox” hərəkatı ilə yürüşün təşkilat komitəsi tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Bu qlobal hərəkatın başlaması ilə 300-dən çox beynəlxalq təşkilat, Yəmənə qarşı Səudiyyə koalisiyası müharibəsinə son qoyulması üçün təcili beynəlxalq müdaxilənin edilməsini tələb ediblər.

Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə qarşı hərbi təcavüzə və quru, dəniz və hava mühasirəsinə başladı. Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən Yəməndə başlayan müharibə indiyədək 16 mindən çox yəmənlini öldürülməsi, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlini didərgin düşməsinə gətirib çıxarıb.

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini qida və dərmanla ciddi şəkildə qıtlaşdırdı.

Səudiyyə rejimi və müttəfiqləri bu günə qədər Yəmən xalqının müqaviməti nəticəsində ölkədəki hədəflərinə çata bilməyiblər.

342/