Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

4 yanvar 2021

12:09:31
1103093

"Hacı Qasimin şəhid edilməsi tərzi Trampın bədbəxtliyi və acizliyini göstərir"

İranın xarici işlər naziri general-leytenant Qasim Süleymaninin terrorçu amerikalıların hava hücumu nəticəsində şəhid edilməsinə toxunaraq, deyib: "Bu hərəkət ABŞ prezidenti Donald Trampın bədbəxtliyi və acizliyini göstərir, hansı ki, meydandakı bir insanla belə davranmaq məcburiyyətində qaldı".

ABNA24 Xəbər Verir, Məhəmməd Cavad Zərif qeyd edib: "Amerikalılar Hacı Qasimdən qorxurdular və onu meydanda bir dahi kimi görürdülər; Şəhid Süleymani amerikalıları Suriya və Yəməndə məğlub edən bir dahi idi".

Zərif sözlərinin davamında şəhid Süleymaninin diplomatik arenada da heç vaxt məğlub olmadığına toxunaraq, deyib: "General-leytenant Süleymani təkcə terrorçularla mübarizənin qəhrəmanı deyil, həm də sülh üçün çalışan bir qəhrəman idi".

İranın xarici işlər naziri, həmçinin şəhid Süleymaninin Əfqanıstandakı "Bonn" sülh konfransının uğur qazanmasında böyük rol oynadığını bəyan edərək, əlavə edib: "Səudiyyəlilər Yəməndə müharibəyə başlayarkən, İran Xarici İşlər Nazirliyi, Hacı Qasim Süleymaninin köməyi ilə atəşkəs üçün təklif irəli sürdü".

342/