Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

4 yanvar 2021

11:57:53
1103082

BMT-nin xüsusi məruzəçisi general Süleymaninin terror edilməsini beynəlxalq insan hüquqları qanunlarına zidd adlandirib və ABŞ-ın bu hərəkətinin həm də İraqın ərazi bütövlüyünü pozduğunu qeyd edib.

ABNA24 Xəbər Verir, BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard bir tvitdə, bir daha general-leyytenant Qasim Süleymaninin terror edilməsini qınayıb və onu beynəlxalq hüququn pozulması kimi xarakterizə edib.

Agnes Kallamard bundan əvvəl yəni keçən il iyulun 9-da öz məruzəsini BMT-nin İnsan Haqları Şurasına təqdim edərək, ABŞ-ın general Süleymaninin amerikalıların həyatı üçün dərhal və qaçılmaz bir təhlükə yaratdığına dair etibarlı dəlillər təqdim etmədiyini və bu yüksək səviyyəli İran rəsmisinin üçüncü bir ölkədə terror edilməsinin beynəlxalq normalara və BMT nizamnaməsinə zidd olduğunu bildirib.

342/